
Mingəçevir şəhərində 74 yaşlı qadın dəm qazından zəhərlənib.
"AVESTA.AZ"un xəbərinə görə, hadisə noyabrın 13-də şəhər ərazisində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 1948-ci il təvəllüdlü Ofelya Quliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.