
Kanadanın Kvebek əyalətində polis yerli “Hydro-Quebec” enerji şirkətinin əməkdaşını Çinin xeyrinə casusluq ittihamı ilə saxlayıb.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə Kanadanın federal hüquq-mühafizə orqanlarının məlumatında deyilir.
Artıq saxlanılan 35 yaşlı Yuşen Vana qarşı ittiham irəli sürülüb. Qeyd olunub ki, istintaq 2022-ci ilin avqustunda hüquq-mühafizə orqanları “Hydro-Quebec”in korporativ təhlükəsizlik departamentindən şikayət aldıqdan sonra başlayıb.
Belə ki, Van rəsmi mövqeyindən istifadə edərək məxfi məlumatları əldə edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.