
"Bu gün bir neçə şirkət var ki, rəqəmsal həllərdən istifadə edir. Amma biz istəyirik ki, bütün şirkətlər rəqəmsal həllərdən istifadə etsin".
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən "Baku International CEO Summit"də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.
O, həmçinin əlavə edib ki, hazırda Azərbaycanda 100 minə yaxın işəgötürən var: “Bunun da 50-55 %-i fiziki şəxslər, 45-50 %-i isə hüquqi şəxslərdir. İşəgötürənlərin cəmi 5%-i 5 nəfərdən çox əməkdaşı olan şirkətlərdir".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.