15-11-2022, 11:40 732

Höccət Haqverdi: “Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir”

Höccət Haqverdi İranda doğulmuş Azərbaycan əsilli futbolçudur. O, karyerasına İranın “Abumoslem” komandasında başlayıb. Ardınca “Zobahan” və “Peykan”da çıxış etmiş müdafiəçi 2021-ci ildə Azərbaycan Premyer Liqa təmsilçisi “Sumqayıt”a transfer olunub.

Həmin ildən Azərbaycan milli komandasında da oynayan müdafiəçi bu mövsümün əvvəlində Təbrizin “Traktor” klubuna keçib.

Höccət Haqverdi milli ilə meydana çıxdığı 13 görüşdə bir qola imza atıb.

Hazırda Azərbaycan yığmasının düşərgəsində Moldova və Şimali Makedoniya ilə oyunlara hazırlaşan müdafiəçi “Report”a müsahibə verib.

- “Traktorda” işlər necədi? Artıq dünya çempionatına görə komandalar fasiləyə yollanıb. İlk 11 turdakı çıxışınızı necə dəyərləndirirsiniz?
- “Traktor” çox böyük azarkeş kütləsinə malik, güclü komandadır. İranın ən böyük klublarından biridir. Yaxşı baş məşqçimiz, keyfiyyətli oyunçularımız var. Geridə qalan 11 turda ortabab çıxış etmişik, amma daha yaxşısı da ola bilərdi. Düşünürəm ki, bizə bir az vaxt lazımdır. Hazırda 7-ci yerdə olsaq da, əminəm ki, gündən-günə daha yuxarı pillələrə qalxa biləcəyik. Baş məşqçimiz də, oyunçular da bir hədəf üçün birləşib və məqsəd çempionatı mümkün qədər yaxşı nəticə ilə bitirməkdir.

- Baş məşqçidən söz düşmüşkən, türkmənistanlı Kurban Berdıyevlə necə anlaşırsız?
- Cənab Berdıyev əla məşqçi və mükəmməl insandır. Mən onunla işləməkdən zövq alıram. Ümumiyyətlə, bütün komanda olaraq onun “Traktor”da olmasından məmnunuq. Yaxşı insan və peşəkar mütəxəssisdir. Dediyim kimi, ona sadəcə bir az vaxt lazımdır ki, komandanı daha yaxşı vəziyyətə gətirsin.

- Bakıda azarkeşlər arasında belə bir təşəbbüs yaranıb ki, “Qarabağ”la “Traktor”un yoldaşlıq görüşü təşkil olunsun. Bununla bağlı o tayda nə düşünürlər? Belə bir oyun olsa, güneyli azarkeşlərin diqqətini çəkərmi?
- Düşünürəm ki, belə bir yoldaşlıq görüşü çox maraqlı alınar. “Qarabağ” İrandakı azərbaycanlılar arasında çox populyar komandadır. “Traktor” da türkdilli insanların sevimlisidir. Bu baxımdan, belə bir oyun təşkil olunsa, olduqca xoş qarşılanar. Üstəlik, hər iki komandanın heyətində kifayət qədər güclü futbolçular var ki, bu da meydandakı mübarizəni maraqlı edər.

- Ümumiyyətlə, Güneydə Azərbaycan futbolu ilə bağlı məlumatlıdırlarmı? İzləyirlərmi yığmamızı? Sizdən bununla bağlı soruşan olurmu?
- İrandakı azərbaycanlıların çoxu burada çıxış edən komandalar, xüsusilə də “Qarabağ” haqqında yaxşı məlumatlıdırlar. Millimizi də izləyirlər. Məndən dəfələrlə milli komanda, buradakı şərait haqqında soruşublar. Xüsusilə də Təbrizdə Azərbaycan futbolu yaxından izlənilir.

- Bəs siz özünüz necə, yenidən Azərbaycanda oynamaqla bağlı təklif gəlsə, bu barədə düşünərsinizmi?
- Bir il yarım Azərbaycan çempionatında oynamışam və bu, mənim üçün gözəl təcrübə oldu. Təbii ki, yenidən yaxşı, maraqlı təklif alsam, bu barədə düşünə bilərəm.

- Azərbaycan yığmasının Millətlər Liqasındakı Slovakiya ilə oyununda komandaya qələbə qazandıran qola imza atdın. Bu qol sonradan Qazaxıstanla matçda qələbənin özülünü qoydu bəlkə də...
- Bəli, xoşbəxtlikdən o oyunda qol vurdum. Buna görə özümü çox xoşbəxt hiss edirəm. O matçda qalib gəlmək çox vacib idi və bütün komanda bunun üçün çalışırdı. Qələbə həm də növbəti – Qazaxıstanla matça yüksək əhval ruhiyyədə çıxmağımıza səbəb oldu. Bunun nəticəsində ikinci oyunda da üç xal qazandıq. Ümumiyyətlə, komandaya bir oyunda qələbə qazandıran qolu vurduğum üçün çox xoşbəxtəm.

- Qarşıda yığmanın iki yoldaşlıq oyunu var. Moldova və Şimali Makedoniya ilə qarşılaşacaqsınız. Bu oyunlardan hansı nəticələri gözləyirsiniz?
- Hər ikisi çox vacib görüşlərdir. Qarşıda bizi Avropa çempionatının seçmə mərhələ oyunları gözləyir. Seçmə mərhələyə indidən hazır olmalıyıq. Təyinatından asılı olmayaraq, bütün görüşlərə qələbə üçün çıxmalıyıq. Hazırda milli komandamızda çox yaxşı məşqçiləri və oyunçuları var. Moldova və Şimali Makedoniya da yaxşı komandalardır, amma məncə, biz daha güclüyük və təbii ki, hər iki oyunda qalib gəlməliyik.

- Qarşıdan dünya çempionatı gəlir. İran millisi qrupda İngiltərə, ABŞ və Uels ilə birlikdə mübarizə aparacaq. Şansları necə görürsünüz? İran dünya çempionatında hara qədər irəliləyə bilər?
- İran millisi hazırda çox hazırlıqlıdır, güclü oyunçuları və çox yaxşı baş məşqçisi var. Dünya çempionatında bütün oyunlar çətin keçir, amma məncə, İranın İngiltərə ilə yanaşı növbəti mərhələyə yüksəlmək şansı var.

Paylaş

Xəbər lenti

10 hissəyə bölünən torpaq, 12 ev: Gəncədə fabrik ərazisində nə baş verib? Bu gün, 00:48 Bakı-Astara magistralında qəza: Avtomobil piyadanı vurdu Dünən, 23:48 Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur Dünən, 23:48 Kaşuk aldığı xəbəri açıqladı: "Bunu uzun müddətdir gözləyirdim" Dünən, 23:48 Dünyanın ən böyük ərzaq ixracatçıları - SİYAHI Dünən, 23:48 Rusiya və Ukraynadan əsir mübadiləsi ilə bağlı razılıq Dünən, 22:48 Piyada keçidini zəbt etdilər, maneələri də sındırdılar Dünən, 22:48 "Sabah" basketbol komandası "Trabzonspor"u məğlub edib Dünən, 22:48 Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar Dünən, 22:48 Rövşanə Ağasəfqızı: Bunu çəkib paylaşanlar cəzalandırılmalıdır Dünən, 22:48 "JEK"lərin dövlətə xeyli borcu yaranıb - SƏBƏB Dünən, 21:48 Xəzər suitisi, çay guşəsi və interaktiv xəritə: COP31-də Azərbaycan pavilyonunda nələr var? Dünən, 21:48 Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər Dünən, 21:48 Hərbi xidmətdən yayınmaq üçün dediyi sözlər başına bəla oldu Dünən, 21:48 Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur Dünən, 20:48 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı Dünən, 20:48 Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb Dünən, 20:48 "Turan" klubu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb Dünən, 20:48 Tanınmış jurnalistə "Səbail" klubunda vəzifə verildi Dünən, 20:48 İlham Əliyev və Mehriban Əliyevanın Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfərlərinə dair videoçarx Dünən, 20:48 Makron Paşinyanla görüşdü: Fransa-Ermənistan əlaqələri müzakirə olundu Dünən, 20:48 Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır? Dünən, 19:48 Natiq Şirinovun üçüncü nəvəsi oldu Dünən, 19:48 Prezident İlham Əliyev Türkiyəyə səfər edib Dünən, 19:48 Artan ana ölümləri ilə bağlı ekspertdən çağırış: "Ciddi araşdırılmalıdır" Dünən, 19:48 İraqdan İran millisinə qadağa: Təyyarənin enişinə icazə verilmədi Dünən, 19:48 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı Dünən, 18:48 Cevdet Yılmaz: "Ərdoğanla Əliyevin görüşü yayılan dezinformasiyalara ən yaxşı cavab oldu" Dünən, 18:48 Pezeşkian niyə Pişəvəriyə bənzədilir? Dünən, 18:48 Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək Dünən, 18:48 Bunu edənlər 10 min manatadək CƏRİMƏLƏNƏCƏK Dünən, 17:48 Əbu-Dabidə Ukrayna-Rusiya-ABŞ danışıqları başa çatıb Dünən, 17:48 Sabiq məmur doğum günündə vəfat etdi Dünən, 17:48 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası Dünən, 17:48 Övlad evdən qaçır, valideyn səbəbi anlamır: Uşaqları ailədən nə uzaqlaşdırır? Dünən, 17:48 Bakıda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb Dünən, 16:48 Zelenski Donbasla bağlı qəti qərarını açıqladı: "Geri çəkilməyəcəyəm" Dünən, 16:48 Azərbaycan, Gürcüstan, Bolqarıstan və Türkiyə "təmiz enerji" sazişi imzalayıblar Dünən, 16:48 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ Dünən, 16:48 Balaca rəssamın böyük hədəfləri: Rzanın rəngli dünyasında nələr var? Dünən, 16:48 Rusiya, ABŞ və Ukraynanın Əbu-Dabidəki danışıqlarında fasilə elan edilib Dünən, 15:48 Banklar kredit verərkən bu üsuldan istifadə edə bilməyəcək Dünən, 15:48 Məşhur milyarderin çinli məşuqəsi casus çıxdı Dünən, 15:48 Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı Dünən, 15:48 Azərbaycanda tanınmış aktyor VƏFAT ETDİ Dünən, 15:48 COP31 prezidenti Azərbaycanın beynəlxalq iqlim prosesinə verdiyi töhfəni qeyd edib Dünən, 15:48 Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib Dünən, 14:48 Aygün Kazımova Eminemlə duet oxuyacaq? Dünən, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR