15-11-2022, 13:49 692

Urmiya gölünün qurudulması - İran ekoloji terrora da himayədarlıq edir - ŞƏRH

İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Tehran rejimi Güney Azərbaycanın ekologiyasına və təbiətinin qorunmasına da laqeyd yanaşır. Rejimin atom-nüvə proqramında istifadə etdiyi radioaktiv maddə tullantılarını Güney Azərbaycan ərazisində qazdığı quyularda basdırdığına dair məlumatlar mövcuddur. Bu səbəbdən həmin bölgələrdə xərçəng xəstələrinin sayının çoxaldığı da qeydə alınıb.

İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü də quruyur. Qurumazdan əvvəl Urmiya gölünün uzunluğu 140 km, eni 55 km, ümumi sahəsi 5 822 kvadratkilometr, ən dərin yeri isə 16 metr olub. Gölə ümumilikdə 13 iri və çoxlu sayda kiçik çay tökülürdü. Bu su hövzəsi çox zəngin flora və faunası ilə tanınırdı. Nadir heyvanlar və bitkilər var idi.

Urmiya gölünün sahilləri Təbriz, Urmiya, Xoy, Marağa, Qoşaçay, Soyuqbulaq, Xana, Salmas, Uşnu və Sulduz kimi bölgələrini əhatə etməklə Güney Azərbaycanın torpaqlarının beşdə birini. Bölgə ən münbit və əkin üçün yararlı bölgələrdən sayılırdı.

Urmiya gölü zəngin mineral ehtiyatlara sahibdir. Burada 5 milyard ton potaş, 60 milyon ton potasium sulfat, 240 milyon ton maqnezium, 28 ton bromid, 250 ton litiumun olduğu ehtimal edilir. Urmu gölü öz gözəl təbiəti və zığının müalicəvi özəlliyi ilə bir çox turistlərin bölgəyə gəlməsinə səbəb olur. Sərnişin və yükdaşıma üçün gölün 6 limanı vardı.

Göl və onun çevrəsində 2014-2016-cı il biomüxtəlifliyin son siyahıları əsasən (adalarda yerləşən çayları ilə birlikdə) 62 növ bakteriya, 20 növ fitoplankton, 24 növ məməli heyvan, 41 növ sürünən, 212 növ quş, 7 növ suda-quruda yaşayan, 5 növ molyusk və 26 növ balıq yaşayırdı. Bu canlıların varlığı və çeşidliyi Urmu gölünün UNESKO tərəfindən biosfer qoruğu elan edilməsinə və Ramsar konvensiyasına salınmasına səbəb olmuşdu.

Yaxın və Orta Şərqin bu təbiət incisində su səviyyəsinin azalması 1984-cü ildən müşahidə edilməyə başlayıb. Onda güney azərbaycanlı mütəxəssislər, ictimai fəallar, sakinlər həyəcan təbili vurmağa başladı, BMT-yə qədər müraciət edildi. Amma təəssüflər olsun ki, nə bu qurum, nə də İranın Ekologiya Departamenti tərəfindən bu “SOS” eşidildi. Yeri gəlmişkən, qeyd edək ki, İran hakimiyyəti BMT-ni saya salmır. Bu beynəlxalq təşkilatın İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi faktlarla yerində tanış olmaq üçün 10 ildən artıqdır Tehrana buraxılmır.

İran hakimiyyətinin məsələyə savadsız və biganə yanaşması Urmiya gölünün quruması ilə nəticələnib. Artıq o ərazidə Urmiya duzluğu, Urmiya şoranlığı yaranıb. Gölün əhatəsindəki əkinçilik üçün yararlı olan minlərlə hektar torpaq sahəsi şoranlaşıb. Sakinlər həmin ərazidən köçməyə üstünlük verir. Duz tozları küləklə gölün sahilindəki şəhərlərə də yayılır. Bu, bütövlükdə Güney Azərbaycanın böyük bir hissəsində ekoloji fəlakətin yaranmasına səbəb olub. Tehran hakimiyyəti bununla Güney Azərbaycanda ekoloji terror törədib. Bu cinayət təkcə gölün flora və faunasına qarşı törədilməyib, həm də milyonlarla insanın sağlamlığına, güzəranına, həyatına, yaşayış yerini tərk etməsinə mənfi təsir göstərir. Bu, Güney Azərbaycan əhalisinin öz dədə-baba yurdundan çıxarılması, süni mühacirət üçün Tehran hakimiyyətinə əlavə fürsət verib.

İran rejimi bütün etiraz aksiyalarını, fərqli fikri düşməncəsinə qarşılayır. Ötən illərdə İranda prezident olmuş ayrı-ayrı şəxslər yalnız bəhanələr gətirib, yalan danışıblar. Keçmiş Prezident Məhəmməd Xatəmi hələ 2013-cü ildə məsələ ilə bağlı İşçi qrupu yaratdığını bildirmişdi. İctimai fəallar gölün qurumasına hakimiyyətin etinasızlığına qarşı etiraz aksiyaları keçirirlər. Hər dəfə İran hakimiyyəti həmin insanları tutur, separatçılıqda ittiham edir. Hətta, iranyönlü sayılan Azərbaycan vətəndaşları da Tehranın bu şər-böhtanını dəstəkləyirdi. O vaxt “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının “İşdən sonra” verilişinin qonağı olmuş İlqar İbrahimoğlu müxbirin Urmiya gölünün qurumasına etiraz aksiyaları ilə bağlı sualına cavabında özünü “Papadan çox katolik” kimi apararaq həmin yürüş və mitinqlər “separatçı fəaliyyət” (bölücülük) kimi dəyərləndirmiş, İran hakimiyyətinin basqılarına haqq qazandırmışdı.

Həmin vaxt Təbrizin İran parlamentindəki nümayəndəsi Məhəmmədhüseyn Fərhəngi 35 milyon dollara yaxın büdcə vəsaitinin Urmiya gölünün qurumasının qarşısının alınmasına sərf olunacağı haqda yerli informasiya təmsilçilərinə məlumat vermişdi. Ancaq Şərqi Azərbaycan əyalətinin valisi Əhməd Əlirza Beygi onun “yalan danışdığını” söyləyərək bildirmişdi ki, bu ilin dövlət büdcəsindən Urmiya gölünə 20 milyon dollar ayrılıb. O, Araz çayından gölə su gətirmək üçün bir milyard dollar maliyyə vəsaitinin lazım olduğunu qeyd etmişdi.

Ötən illər ərzində bu sayaq çıxışlar, bəyanatlar, seçkiqabağa yalan vədlər Urmiya gölününü qurmasının qarşısını ala bilmədi. Bu, İran hakimiyyətinin Güney Azərbaycana münasibətinin göstəricisidir. Tehran rejiminin güney azərbaycanlılara göstərdiyi şovinst yanaşma Urmiya gölünü qurutdu. Odur ki, terroru himayə edən İran hakimiyyəti bu su hövzəsinin qurumasına etinasız yanaşması ilə ekoloji terrorun da müəllifi oldu.

Paylaş

Xəbər lenti

Şamaxıda 3,9 maqnitudalı zəlzələ olub Bu gün, 08:48 Goranboyda sursat anbarında YANĞIN Bu gün, 08:48 Qatarın altında qalaraq ölən Bədəlin xeyir işi olacaqmış - Ağdaşdakı faciənin TƏFƏRRÜATI Bu gün, 08:48 ABŞ İranın hərbi hədəflərinə zərbə endirib Bu gün, 08:48 Bu gün Bakının iki rayonunda işıq olmayacaq Bu gün, 08:48 Bakıda bu yollarda tıxac yaranıb Bu gün, 08:48 "Sabah" heyətini braziliyalı yarımmüdafiəçi ilə gücləndirdi Bu gün, 08:48 Bir zamanlar Azərbaycanda gəlirli olan sahələr – indi həmin peşələr unudulur Bu gün, 00:48 Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır Dünən, 23:48 "Euronews" Azərbaycan və İran liderlərinin səmimi dialoqunu nadir an adlandırıb Dünən, 23:48 306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək? Dünən, 23:48 Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək Dünən, 23:48 Trampdan XƏBƏRDARLIQ: "İrana ən böyük hücum hələ qarşıdadır" Dünən, 23:48 İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb Dünən, 23:48 "Haber Global" Prezident İlham Əliyevin Bişkekdə verdiyi mesajlardan bəhs edib Dünən, 22:48 Paşinyan Putinə Ermənistanın Aİ-yə üzvlüklə bağlı referendumdan imtina etdiyini bildirib Dünən, 22:48 Qalibaf Vaşinqtona MEYDAN OXUDU: "İran güc yolu ilə ABŞ-ni öhdəliklərini yerinə yetirməyə məcbur edəcək" Dünən, 22:48 SEPAH İranın raket hücumu barədə məlumat yayıb Dünən, 22:48 Evdəki bəzi qoxular stressi azaltmağa kömək edə bilər Dünən, 22:48 Kaya Kallas: "Aİ və NATO Avropa ordularındakı çatışmazlıqların aradan qaldırılması üçün ekspert qrupu yaradacaqlar" Dünən, 21:48 CENTCOM Hörmüz boğazında SEPAH-ın obyektlərinə hücum edib Dünən, 21:48 Məsud Pezeşkian: "Azərbaycan Prezidenti ilə görüşüm çox konstruktiv keçdi" Dünən, 21:48 UEFA Gənclər Liqası: "Qarabağ"ın U-19 komandasının rəqibi bəlli olub Dünən, 21:48 Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı Dünən, 21:48 Prezident İlham Əliyevin Qırğızıstana işgüzar səfəri ilə bağlı VİDEOİCMAL Dünən, 21:48 Bu ərazidə uşaq musiqi məktəbi əsaslı TƏMİR EDİLƏCƏK Dünən, 20:48 Uşaq bağçasında azyaşlının səhhəti ilə bağlı yayılan məlumatlar araşdırılır - RƏSMİ Dünən, 20:48 Baku TV-dən 4 milyardlıq rekord! Dünən, 20:48 Bakıda 46 küçədə təmir işləri yekunlaşdırılıb Dünən, 20:48 Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyinatı olub Dünən, 20:48 Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub Dünən, 20:48 Maaşlarda artım olacaq? - AQC sədrindən VACİB AÇIQLAMA Dünən, 20:48 Ermənistan və ABŞ nümayəndələri TRIPP-in həyata keçirilməsi çərçivəsində Sünikə səfər ediblər Dünən, 20:48 Leyla Abdullayeva Paris merinə etiraz məktubu göndərib Dünən, 19:48 İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır Dünən, 19:48 Prezidentin Qırğızıstana işgüzar səfəri başa çatıb Dünən, 19:48 MİDA-da yaşayan sakinləri SEVİNDİRƏCƏK XƏBƏR Dünən, 19:48 Müğənnini öldürən qızı, həm də onun pullarını oğurlayırmış Dünən, 19:48 Ərdoğan Putinə "Akkuyu" AES-i birlikdə istismara verməyi təklif edib Dünən, 19:48 ANAMA ilə ARMAC mina fəaliyyətində əməkdaşlığı müzakirə edib Dünən, 19:48 Komitə bağçada təhsil alan uşağın qanında psixotrop maddə aşkarlanması iddiası ilə bağlı müraciət edib Dünən, 18:48 Prezident İlham Əliyevin "ŞƏT plyus" formatında görüşdə iştirakından yeni görüntülər Dünən, 18:48 Azərbaycan və Çin Xəzərdə mümkün enerji layihələrini müzakirə edib Dünən, 18:48 İlham Əliyev Narendra Modi ilə görüşü barədə paylaşım edib Dünən, 18:48 Yasamal sakinləri qorxu içində: Dəhşət saçan problemi kim həll etməlidir? Dünən, 18:48 Məsud Pezeşkian İlham Əliyevlə Azərbaycan dilində danışdı: İranda müzakirələr yarandı Dünən, 18:48 Babək prospektində maşın yanıb Dünən, 17:48 Balakən gömrüyündə 232 min manatlıq gizli mallar üzə çıxdı Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR