
Gəncədə tanınmış riyaziyyatçı alim vəfat edib.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, Gəncə Dövlət Universitetinin təqaüddə olan dosenti, 1937-ci il təvəllüdlü Üzeyir Əfəndiyev dünyasını dəyişib.
Ü.Əfəndiyev Gəncədə 1 saylı qəbiristanlıqda dəfn olunacaq.
Qeyd edək ki, mərhum 1973-cü ildən Gəncə Dövlət Universitetində assistent və dosent vəzifələrində çalışıb. Dövlət başçısının sərəncamına əsasən, "Tərəqqi" medalı ilə təltif olunub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.