
Rusiyanın Xabarovsk şəhərində hovuzda xlor sızması nəticəsində 15 nəfər xəsarət alıb.
AVESTA.AZ xəbər verir ki, hadisə Korolyov küçəsində yerləşən hovuzda baş verib.
"112" Telegram kanalının məlumatına görə, xlor hovuzun zirzəmisindəki texniki otaqda sızıb. Zəhərli qoxu hovuzun ərazisinə yayılarkən orada 30 nəfər olub.
Hadisə nəticəsində zərərçəkənlərdən 8-i xəstəxanaya yerləşdirilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.