24-09-2025, 15:48 322

Ağdamda ofisiant kababçının bank kartından 2 820 manat oğurladı

Ağdam rayonunda ofisiant kababçının 3 min manata yaxın pulunu oğurlayıb.

AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ağdam rayonunda fəaliyyət göstərən kafelərdən birində baş verib.

Ağdam rayon sakini, 2001-ci il təvəllüdlü Arif Haşımov (adı və soyadı şərtidir) sözügedən kafedə ofisiant işləməyə başlayıb. O, bir gün kafedə kababçı işləyən Fariz Məmmədovdan xahiş edib ki, bank kartından onun mobil telefonunun balansına 4 manat yükləsin. Fariz telefonunu Arifə verib, prosesi özü həyata keçirməsini istəyib. Fariz mobil telefonun və bank kartının şifrələrini Arifə deyib. Arif onun telefonunun menyusunda Farizə məxsus bank kartına daxil olaraq, öz balansına 4 manat köçürüb, telefonu ona qaytarıb.

Arif köçürmə edərkən görüb ki, bank kartında 2 821 manat vəsait var. O, həmin pulu oğurlamaq qərarına gəlib. Bir neçə saatdan sonra Arif zəng vurmaq adı ilə Farizdən telefonunu alıb başqa otağa keçib, kartın balansında olan 2 821 manatın 2 820 manatını başqa karta köçürüb. Daha sonra o, heç nə olmamış kimi telefonu Farizə qaytarıb, təşəkkür edib.

Günün sonunda Fariz işdən çıxıb evə gedərkən yol kənarında olan bankomatdan pul çıxarmaq istəyərkən məlum olub ki, kartının balansında cəmi bir manat qalıb.

O bu barədə Arifə müraciət etsə də, Arif məsələdən xəbərsiz olduğunu deyib.

Məsələ ilə bağlı Fariz polisə məlumat verir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə məlum olub ki, Farizə məxsus bank kartında olan 2 820 manat Arifin bacısının bank kartına köçürülüb. Araşdırmalarla müəyyən edilib ki, Arif həmin pulu bacısının kartına köçürüb və bacısına tapşırıb ki, həmin pulu lazım olan vaxt ondan alacaq.

Polis əməkdaşları Arif Haşımovu saxlayıblar və faktla bağlı cinayət işi başlanıb.

Ağdam Rayon Məhkəməsinin hökmü ilə A.Haşımov bir il altı ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Paylaş

Xəbər lenti

Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib Bu gün, 20:48 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat Bu gün, 20:48 FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib Bu gün, 20:48 Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib Bu gün, 20:48 Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb Bu gün, 20:48 Fransada etiraz aksiyasında gərginlik: Gözyaşardıcı qazdan istifadə edildi Bu gün, 20:48 Kartdan-karta pul köçürənlərə vacib xəbər Bu gün, 19:48 "Fars": Hörmüzdə neft tankerində partlayış baş verib Bu gün, 19:48 İranda casusluq ittihamı ilə iki nəfər həbs olunub Bu gün, 19:48 Ceyhun Cəlilov Ordubadda vətəndaş qəbulu keçirib Bu gün, 19:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir - İDDİA Bu gün, 18:48 57 yaşlı müğənni vəfat etdi Bu gün, 18:48 Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 18 %-dən çox artıb Bu gün, 18:48 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat Bu gün, 18:48 Premyer Liqa: "Kəpəz" "Şəfa"nı məğlub edib Bu gün, 18:48 İllər əvvəl silahlı hücuma məruz qalan İbrahim Tatlıses 40 gün bu filmi izləyib Bu gün, 18:48 Azərbaycan Basketbol Liqası: "Ordu" NTD-ni məğlub edib Bu gün, 17:48 Fransada etirazlarda 135 nəfər saxlanılıb, asayişin təmin edilməsinə 70 min polis cəlb ediləcək Bu gün, 17:48 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı Bu gün, 17:48 İki nəfərin öldüyü "Sabunçu keçidi"ndə hansı tədbirlər görülüb? Bu gün, 17:48 Avropa çempionatının təsnifat mərhələsi: Azərbaycanın U-20 voleybol millisi ikinci oyunda məğlub olub Bu gün, 17:48 Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - İDDİA Bu gün, 16:48 Ötən gün xəstəxanaya yerləşdirilən 81 yaşlı müğənni evə buraxıldı Bu gün, 16:48 Roza Zərgərlinin qızı BenAy mahnı təqdim etdi Bu gün, 16:48 Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı Bu gün, 16:48 Avropa Taekvondo İttifaqının birinci vitse-prezidenti Bolqarıstanda qətlə yetirildi Bu gün, 16:48 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb Bu gün, 16:48 "Premium Residence" MTK-dan ağacların kəsilməsi iddialarına cavab Bu gün, 15:48 Babişin Azərbaycana təklif etdiyi təyyarələri İrəvan niyə alır? Bu gün, 15:48 Bakıda kütləvi davada öldürülən Ceyhunun oğlu MMA döyüşçüsüdür Bu gün, 15:48 Dilarə Əliyevaya vəzifə verildi Bu gün, 15:48 Azərbaycan şahmatçıları klublararası Avropa Kubokunda medallar qazanıblar Bu gün, 15:48 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun adı hallanan dəhşətli cinayətin yeni təfərrüatı Bu gün, 15:48 Deputat Arzuxan Əlizadənin oğlunun öldürdüyü deyilən Ceyhunun bu gün ailəsində xeyir iş olacaqmış Bu gün, 14:48 Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir? Bu gün, 14:48 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb Bu gün, 14:48 Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb Bu gün, 14:48 Deputatın oğlunun adı qətldə hallanır: Atası və qardaşı vəzifələrini itirə bilərlər? Bu gün, 14:48 Xəbərdarlıq: Leysan yağacaq, şimşək çaxacaq Bu gün, 14:48 Abşeron Gənclər şəhərciyində yolu su basıb Bu gün, 14:48 Bakıda deputat Arzuxan Əlizadənin oğlunun törətdiyi qətllə bağlı yeni detallar Bu gün, 13:48 Bakıda rəsmilərin Hövsan Yarış Kompleksinə səfəri baş tutub Bu gün, 13:48 77 nömrəli avtobusda dava - Sərnişin sürücüyə hücum etdi Bu gün, 13:48 Hamamda elektrik cərəyanı vurub öldürdü Bu gün, 13:48 Bu şəxslərin maaşına 50 faizədək əlavə veriləcək Bu gün, 13:48 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur Bu gün, 12:48 "MasterChef Türkiyə"də çəkilişlər dayandırıldı - SƏBƏB Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR