
Bakının Nərimanov rayonunda yük maşınının sürücüsü yükdaşıma qaydalarını kobud şəkildə pozub.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, dəmir konstruksiya ilə yüklənmiş nəqliyyat vasitəsi rayonun Həsənoğlu küçəsindən, Fətəli Xan Xoyski küçəsinə dönərkən kameralara düşüb.
"77-MR-241" dövlət nömrə nişanlı yük maşınının həddindən artıq yüklənməsi və yükünün əyilməsi diqqət çəkib.
Sözügedən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.