
Türkiyəli fenomen Cansu Taşkın "Kızılcık Şerbeti" serialının aktyor heyətindən çıxarıldığını açıqlayıb.
AVESTA.AZ xəbər verir ki, Taşkın bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Fenomenin sözlərinə görə, o, başqa bir layihədə iştirak etmək təklifindən imtina edərək "Kızılcık Şerbeti"ni seçib. Lakin sonradan bu qərarından peşman olduğunu bildirib.
Cansu Taşkın serialın tizerində göründüyü gün layihədən uzaqlaşdırıldığını qeyd edib. O, başına gələnləri gözlənilməz hadisə kimi dəyərləndirərək, zəhmətinin qarşılığını ala bilmədiyini vurğulayıb.
"Birdən-birə mən də bu vəziyyətlə üzləşdim. Qısası, çörəyimlə oynanıldı. Allahın öhdəsinə buraxıram, O hər şeyi bilir və görür", – deyə fenomen paylaşımında yazıb.
Qeyd edək ki, Cansu Taşkının serialdan hansı səbəbdən uzaqlaşdırıldığı hələlik açıqlanmayıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.