
Məşhur müğənni və aktyor Özcan Denizlə bağlı səs-küylü xəbər yayılıb.
AVESTA.AZ xəbər verir ki, çəkiləcək yeni süni-intellekt serialı üçün aktyorun səsi və görünüşü klonlaşdırılacaq.
"Tesserakt" adlı serialda hadisələr 2050-ci ildə cərəyan edəcək. Özcan Deniz serialda prezident rolunda olacaq.
Səs və görüntünü istifadəsi üçün müəllif haqqları "Vitpepper Studios"a verilib.
7-10 dəqiqə aralığında olan serial 6 bölümdən ibarət olacaq.
"Vitpepper Studios" layihəni 13 oktyabrda keçiriləcək "MIPCOM" sərgisində təqdim edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.