
Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialının yaydığı məlumata əsasən, Kamçatka sahillərində biri 5.8, digəri isə 6 maqnitudalı olmaqla iki yeraltı təkan qeydə alınıb.
AVESTA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, 5.8 bal gücündəki zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 204 kilometr aralıda yerləşib, yeraltı təkanın ocağı isə 10 kilometr dərinlikdə olub.
Digər, daha güclü - 6 maqnitudalı təkan isə vilayət mərkəzindən 210 kilometr uzaqlıqda, 16.6 kilometr dərinlikdə baş verib.
Hazırda hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat yoxdur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.