
Xankəndi şəhərində yerləşən 23 fərdi yaşayış evi təmir olunacaq.
AVESTA.AZ-in əldə etdiyi məlumata görə, bu məqsədlə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti satınalma elan edib.
Müsabiqənin ehtimal olunan dəyəri 1,48 milyon manat (1.485.243,95 AZN) təşkil edir.
Tenderin icrası nəticəsində evlərin estetik görünüşü və yaşayış keyfiyyəti yaxşılaşacaq, həmçinin binaların uzunmüddətli istifadəsi təmin olunacaq. Eyni zamanda müasir tikinti standartlarına uyğun həyata keçiriləcək işlər, sakinlərin rahat və təhlükəsiz şəraitdə yaşamasına şərait yaradacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.