
Premyer Liqanın 6-cı turunda keçirilən "Sabah" - "Sumqayıt" oyunu zamanı stadionun projektorunda problem yaranıb.
AVESTA.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, görüşün 29-cu dəqiqəsində "Bank Respublika Arena"da işıqlar sönüb.
Bu səbəbdən də matç hazırda dayandırılıb. Sözügedən dəqiqəyə qədər görüşdə meydan sahibləri 1:0 hesabı ilə qalib gəlirdi.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.