
Bu gün Yerin geomaqnit sahəsində tərəddüd "orta" intensivlik səviyyəsinə çatıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan (IPG) TASS-a bildirilib.
Alimlərin fikrincə, geomaqnit tərəddüd hazırkı intensivliyi beş səviyyəli şkala üzrə G2 səviyyəsindədir, burada G5 "son dərəcə güclü", G1 isə "zəif"dir.
Xatırladaq ki, sentyabrın 28-də elm adamları sondan əvvəlki intensivlik səviyyəsinə düşən M6.4 sinfinə aid günəş alovunu qeydə alıb.
Mütəxəssislər qeyd ediblər ki, günəş alovları beş səviyyəyə - A-dan X-ə qədər təsnif edilir və hər bir ardıcıl sinif əvvəlkindən on dəfə güclüdür. Bu cür hadisələr Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola biləcək plazma atılması ilə müşayiət olunur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.