
Bakıda 55 yaşlı kişi tanışını bıçaqlayıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri qəsəbəsində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü Ağa Cəfərov Biləcəri qəsəbəsində yerləşən kafenin qarşısında 1973-cü il təvəllüdlü Nüsrət Həsənovu bıçaqlayıb.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətmiş Ağa Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.