
Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medal qazanıb.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, şpaqa növündə mübarizə aparan idmançı yarımfinalda Rusiya təmsilçisi Anastasiya Zabelinaya (14:15) məğlub olub.
Bununla da idmançımız fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.
***14:35
Azərbaycan qılıncoynadanı Mirnuray Abasova III MDB Oyunlarında bürünc medalı özü üçün təmin edib.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, şpaqa növündə uğur qazanan idmançı 1/4 finalda Rusiya təmsilçisi Anastasiya İlyuşenkoya qalib gəlib.
M.Abasovanın yarımfinaldakı rəqibi Anastasiya Zabelina (Rusiya) olacaq.
Qeyd edək ki, qılıncoynatma üzrə yarışlar Gəncə İdman Sarayında keçirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.