
Bərdədə pendir sexində partlayış baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə sexin qazanxanasında qeydə alınıb.
Partlayış nəticəsində nəzarətçi, 1960-cı il təvəllüdlü Teyyub Yusubov dünyasını dəyişib.
Hadisəyə qaz sızmasının səbəb olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.