
Oktyabr ayının 8-də Goranboy rayon Bolsulu kəndində biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
Bu barədə AVESTA.AZ-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Vurğulanıb ki, araşdırmalarla kənd sakini Şahin Qurbanovun 18 sot biçilmiş əkin sahəsini yandırması məlum olub.
Ş.Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.