Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti, iqtisadiyyat naziri Mikayıl Cabbarov III MDB Oyunlarında uğur qazanan güləşçiləri təbrik edib.
BAKU.WS xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib:
"Azərbaycanda keçirilən III MDB Oyunlarında güləşçilərimiz uğurlu nəticələr əldə ediblər. Yarışlarda iştirak edən 27 güləşçi 5 qızıl, 6 gümüş və 9 bürünc olmaqla medallar qazanıb.
İdmançılarımızı, onların məşqçilərini və bütün komandanı bu nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək yarışlarda onlara davamlı uğurlar arzulayırıq", - M.Cabbarov qeyd edib.
#Azərbaycan-da keçirilən III MDB Oyunlarında (@cis_games) güləşçilərimiz uğurlu nəticələr əldə ediblər. Yarışlarda iştirak edən 27 güləşçidən 20-si 5 qızıl, 6 gümüş və 9 bürünc olmaqla medallar qazanıb.
— Mikayil Jabbarov (@MikayilJabbarov) October 10, 2025
İdmançılarımızı, onların məşqçilərini və bütün komandanı bu nailiyyət… pic.twitter.com/sdld9i2xkS
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.