Ağdam–Ağcabədi yolunda sakinlər 3 ildir toz və çala içində yaşayır.
AVESTA.AZ-in "qaynar xətti"nə daxil olan şikayətə görə, Ağdam–Ağcabədi yolunun təxminən 15 kilometrlik hissəsi illərdir bərbad vəziyyətdədir. Sakinlərin bildirdiyinə görə, bir neçə il əvvəl ərazidə yol təmiri işlərinə başlanılıb, asfalt örtüyü tamamilə qazılaraq çıxarılıb, lakin işlər yarımçıq saxlanılıb.
Artıq 3 ildir ki, həmin yolda nə təmir aparılır, nə də baxım göstərilir. Yol boyunca yaşayan kənd sakinləri bildirirlər ki, toz və çirk səbəbindən nəfəs almaq çətinləşib, nəqliyyat vasitələri isə daimi nasazlıqla üzləşir.
Sakinlər aidiyyəti qurumlardan Ağdam–Ağcabədi yolunda təmir işlərinin bərpasını və yaranmış problemlərin aradan qaldırılmasını tələb edirlər.
Mövzu ilə bağlı lazımi quruma sorğu göndərildi.
Xatırladaq ki, eyni problemlə AVESTA.AZ saytı olaraq bir neçə dəfə reportaj hazırlamışıq. "Əzablı yollarla - Azərbaycanda insanları işgəncəyə salan daha bir yol" adlı reportajda problem daha aydın şəkildə işıqlandırılmışdı. Lakin hələ də, məsələnin həll yolu tapılmayıb.
Şahanə Xankişiyeva
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.