
Venesuelanın El Kallao şəhərində yağan güclü yağışlar nəticəsində qızıl mədəni çöküb.
AVESTA.AZ xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 14 mədənçi həyatını itirib.
Axtarış-xilasetmə qrupları bildiriblər ki, mədən quyularına dolan suların çəkilməsi üçün tədbirlər görülür və dağıntılar altında qalan işçilərin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.