
Zimbabvenin şimalındakı Çequtu şəhərində mədən çöküb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, hadisə cümə günü səhər saat 10 radələrində (Bakı vaxtı ilə 11:00 - Qeyd) baş verib.
Nəticədə 34 nəfər dağıntılar altında qalıb. Onlardan 13-ü xilas ola bilsə də, azı 6-sı həlak olub.
Hazırda 15 nəfərin axtarışları davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.