22-10-2025, 14:48 298

Silk Way Group və dnata Azərbaycanda yeni aviasiya xidmətləri mərkəzini yaratmaq üçün strateji əməkdaşlığa başlayır

Azərbaycanın aparıcı özəl aviasiya və logistika şirkətlər qrupu olan Silk Way Group hava və səyahət xidmətləri sahəsində dünya lideri kimi tanınan dnata şirkəti ilə Bakının Ələt Azad İqtisadi Zonasında yerləşən yeni Ələt Beynəlxalq Hava Limanında yerüstü xidmətlər və yükdaşıma əməliyyatlarının aparılması məqsədilə müştərək müəssisənin yaradılması barədə müqavilə imzalayıb.

Birgə müəssisənin fəaliyyəti 2027-ci ilin aprelində yeni terminalın açılışı ilə başlayacaq və bu, Azərbaycanın aviasiya və logistika sahələrinin gələcəyinə mühüm sərmayə olacaq. Layihə dnata-nın beynəlxalq təcrübəsini Silk Way Group-un yerli bazardakı liderliyi ilə birləşdirərək ölkədə aviasiya xidmətlərinin tam spektrini təqdim edəcək.

Ələt Beynəlxalq Hava Limanının müasir logistika infrastrukturu ildə 500 000 tondan çox yükün emalını təmin edəcək, növbəti onillikdə isə illik 5% artım proqnozlaşdırılır.

Birgə müəssisə ilkin mərhələdə yük daşımaları və yerüstü xidmətlərə fokuslanacaq, daha sonra fəaliyyət sahəsini genişləndirərək keyterinq, ekspedisiya, buzdan təmizləmə və digər xidmətləri də əhatə edəcək. Məqsəd – hava yolları və aeroport müştəriləri üçün "bir pəncərə" prinsipi ilə dünya səviyyəsində səmərəlilik və xidmət standartları təqdim edən kompleks xidmət mərkəzi yaratmaqdır.

Layihə çərçivəsində Azərbaycanın aviasiya sektorunda uzunmüddətli imkanlar yaratmaq üçün bacarıqların inkişafı və təlimlərə sərmayə qoyuluşu ilə 1000-dən artıq yerli iş yerlərinin açılacağı gözlənilir.

dnata uzun illərdir Silk Way Group-un etibarlı tərəfdaşıdır və hazırda beş ölkədə Silk Way West Airlines üçün müxtəlif aviaxidmətlər göstərərək ildə 1150 reys və 85000 ton yük emal edir.

dnata-nın baş icraçı direktoru Stiv Allen bildirib: "Silk Way Group ilə birgə müəssisəmiz dnata-nın qlobal fəaliyyət dairəsini genişləndirmək və Qafqaz regionunun sürətli inkişafını dəstəkləmək istiqamətində mühüm addımdır. Bakıda inşa edilən yeni hava limanı regionun yük axınları üçün əsas logistika mərkəzinə çevriləcək və bizim sərmayəmiz aviaşirkətlərə və logistika tərəfdaşlarına ilk gündən etibarən təhlükəsiz, keyfiyyətli və etibarlı xidmətlər təqdim etməyə imkan verəcək.

Əməliyyat mükəmməlliyindən əlavə, bu əməkdaşlıq yüksək potensiala malik bazarlarda inteqrə olunmuş aviasiya həlləri təqdim etmək üzrə uzunmüddətli strategiyamızı əks etdirir. Biz Silk Way Group ilə uğurlu əməkdaşlığımızı davam etdirməyi və Azərbaycanın aviasiya, logistika, biznes və icmalarının inkişafına dəstək verməyi səbirsizliklə gözləyirik."

Öz növbəsində Silk Way Group-un prezidenti Zaur Axundov bildirib:

"dnata ilə tərəfdaşlığımız Azərbaycanın aviasiya sənayesinin inkişafında yeni bir mərhələni açır. Biz birlikdə Ələt Azad İqtisadi Zonasını qlobal aviasiya və logistika şəbəkəsi ilə birləşdirəcək müasir ekosistemi formalaşdırırıq. Bu birgə müəssisə təkcə infrastruktur layihəsinə deyil, həm də insanlara edilən sərmayədir - yeni iş yerləri yaradılır, peşə bacarıqları inkişaf etdirilir və davamlı inkişaf üçün möhkəm təməl qoyulur. Ələt Beynəlxalq Hava Limanında aviasiya xidmətlərinin açılması Azərbaycanın aparıcı regional mərkəzə çevrilməsi məqsədimizə doğru strateji addımdır".

Ələt Azad İqtisadi Zonasında yerləşən Ələt Beynəlxalq Hava Limanına 18 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı və taksi yolu, həmçinin hava hərəkətini idarəetmə mərkəzi daxil olacaq. Layihə ölkənin nəqliyyat imkanlarını artırmaq və ətraf regionun hərtərəfli iqtisadi inkişafını stimullaşdırmaq üçün nəzərdə tutulub.

2027-ci ildə tamamlandıqdan sonra daha geniş Ələt Azad İqtisadi Zonası inteqrasiya olunmuş logistika infrastrukturu ilə əsas tranzit mərkəzlərindən birinə çevriləcək. Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına birbaşa çıxışdan, həmçinin geniş dəmir və avtomobil yolları şəbəkələrindən faydalanaraq Azərbaycanın nəqliyyat və paylama potensialını əhəmiyyətli dərəcədə artıracaq.

dnata haqqında

dnata – dünyanın aparıcı avia və səyahət xidmətləri təminatçılarından biridir. 1959-cu ildə təsis edilən şirkət altı qitənin 30-dan çox ölkəsində keyfiyyətli və təhlükəsiz yerüstü xidmətlər, yükdaşıma, səyahət, iaşə və pərakəndə satış xidmətləri təklif edir. 2024-2025-ci maliyyə ilində dnata şirkətinin müştəri yönümlü komandaları təyyarələrə 794 mindən çox yerüstü xidmət göstərib, 3,1 milyon ton yük emal edib, 114 milyon yemək payı tədarük olunub və 2,6 milyard ABŞ dolları dəyərində ümumi səyahət xidmətləri tranzaksiyası həyata keçirilib.

"dnata" şirkəti haqqında daha ətraflı məlumat üçün dnata.com internet səhifəsinə daxil ola bilərsiniz. Mətbuat sorğuları üçün isə [email protected] saytına müraciət edin.

Silk Way Group haqqında

Əsası 2006-cı ildə qoyulan və baş ofisi Bakıda yerləşən Silk Way Group Azərbaycanın aparıcı özəl aviasiya və logistika müəssisələrindən biridir. Şərqlə Qərbin kəsişməsində yerləşən strateji mövqeyi sayəsində Qrup qlobal yükdaşıma əlaqələrində və ölkənin aviasiya infrastrukturunun inkişafında mühüm rol oynayır.

Silk Way West Airlines, Silk Way Airlines, Silk Way Technics və Silk Way AFEZCO şirkətlərini birləşdirən Qrup ən yüksək beynəlxalq standartlara cavab verən hava yolu ilə yükdaşıma, texniki xidmət və logistika üzrə geniş həllər təqdim edir.

Silk Way Group hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ) yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə hava daşımalarının gələcəyini müəyyən edir. Bu, Azərbaycanın qlobal ticarətdə əsas oyunçu kimi rolunu artıracaq dayanıqlı, texnologiyaya əsaslanan bir layihədir.

1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik, innovasiya və dayanıqlılığa diqqət yetirən Silk Way Group qitələri birləşdirməyə və bütün dünyada hava yolu ilə yükdaşımada yeni imkanlar yaratmağa davam edir.

Paylaş

Xəbər lenti

Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" Bu gün, 16:48 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib Bu gün, 16:48 Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı? Bu gün, 16:48 Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır" Bu gün, 16:48 Azərbaycan universitetlərinin reytinqdə geri qalmasının səbəbləri müzakirə edildi Bu gün, 16:48 Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb Bu gün, 16:48 Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil" Bu gün, 16:48 Mükafat və maaş əlavələri ilə bağlı Prezidentdən mühüm FƏRMAN Bu gün, 16:48 Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək Bu gün, 16:48 Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb Bu gün, 15:48 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib Bu gün, 15:48 Bakıda 10 minə maral başı satılır Bu gün, 15:48 Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir? Bu gün, 15:48 Aqşin Fatehə ağır itki üz verdi Bu gün, 15:48 Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb Bu gün, 15:48 Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib Bu gün, 15:48 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb Bu gün, 15:48 Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək... Bu gün, 15:48 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Bu gün, 15:48 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48 Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib Bu gün, 14:48 Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı Bu gün, 14:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib Bu gün, 14:48 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi Bu gün, 14:48 Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?" Bu gün, 14:48 "İmişli"də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib Bu gün, 14:48 Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir Bu gün, 14:48 "Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər Bu gün, 13:48 Mehriban Rəhimliyə hökm oxundu Bu gün, 13:48 At məşhur aktrisanı dişlədi Bu gün, 13:48 "Nənələr" folklor qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu Bu gün, 13:48 Rusiyada "ağciyər vəbası" həyəcanı - ABŞ vətəndaşlarını ölkəni tərk etməyi çağırdı Bu gün, 13:48 Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb Bu gün, 13:48 İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi? Bu gün, 13:48 Ceyhun Bayramov Türkmənistanda MDB XİN Şurasının iclasında iştirak edəcək Bu gün, 12:48 Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq Bu gün, 12:48 Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi Bu gün, 12:48 Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib Bu gün, 12:48 Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir Bu gün, 12:48 8 kənd turistlərin üzünə açılır: Gəlirlər birbaşa sakinlərə çatacaq Bu gün, 12:48 Dünya çempionatı: Zelim Tçkayev növbəti mərhələyə vəsiqə qazanıb Bu gün, 12:48 Elza Seyidcahanla Rəşid Mahmudovun məhkəməsi: 10 min istədi, 500 manat alacaq Bu gün, 12:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb Bu gün, 12:48 Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi Azərbaycan və Ermənistan arasında sülh prosesinin tərkib hissəsidir Bu gün, 11:48 Ağdamda Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR