4-06-2025, 13:48 409

Bu ilin Air Cargo Europe tədbirinin ən yadda qalan məqamlarından biri Silk Way Group-un Orta Dəhlizdə logistikanın gələcək inkişafında mühüm rol oynayacaq iki strateji əhəmiyyətli brend – SW AFEZCO və Alat Logistics Center-i ictimaiyyətə qürurla təqdim etməsi oldu.

Hər iki brend, Avropa və Asiyanın kəsişməsində strateji mövqedə yerləşən Azərbaycanı mühüm logistika mərkəzinə çevirməyi hədəfləyən genişmiqyaslı infrastruktur təşəbbüsü olan Silk Way Cargo Village-in əsas təməlini təşkil edir.  

SW AFEZCO, Ələt Azad İqtisadi Zonası daxilində inşaat və infrastrukturun planlaşdırılmasına nəzarət edən cavabdeh qurumdur.  Silk Way Group-un fiziki icra və normativ uyğunlaşmaya cavabdeh olan xüsusi qurumu olaraq, SW AFEZCO nəqliyyat dəhlizlərindən gömrük zonalarına qədər bütün ekosistemin beynəlxalq standartlara və investorların tələblərinə uyğun şəkildə qurulmasını təmin edir.

Ərazi istifadəsini tənzimləməklə, icarədarları cəlb etməklə və investisiya proseslərini asanlaşdırmaqla, SW AFEZCO regionun logistika və sənaye mərkəzi kimi uzunmüddətli inkişafı və rəqabətədavamlılığının təmin edilməsində mühüm rol oynayır.

"SW AFEZCO və Alat Logistics Center-in təqdimatı Ələti qlobal ticarətin mühüm qovşağına çevirmək iddiamız üçün irəliyə doğru atılmış önəmli bir addımdır," – deyə Silk Way Group-un prezidenti Zaur Axundov bildirib. "Biz təkcə infrastruktur inşa etmirik - biz Azərbaycanın strateji mövqeyini və iqtisadi baxışını əks etdirən, gələcəyə hazır və dayanıqlı bir logistika mərkəzi yaradırıq. Məqsədimiz isə qlobal tərəfdaşlara birinci dərəcəli logistika xidmətləri və inkişaf edən bazarlara çıxış imkanı təqdim etməkdir".  

Alat Logistics Center hava, dəmir yolu və avtonəqliyyat şəbəkələrini birləşdirən multimodal daşımalar həllərini təmin etmək məqsədilə yaradılmış Silk Way Cargo Village-in əsas logistika inteqratorudur. Ələt Azad İqtisadi Zonasının ərazisində, SW AFEZCO-nun tikilməkdə olan yaşıl yük hava limanının yaxınlığında yerləşən bu mərkəz, Avrasiya boyunca yük daşımalarının fasiləsiz həyata keçirilməsini təmin etmək üçün nəzərdə tutulub.

Müasir infrastruktur və qabaqcıl logistika xidmətləri ilə təchiz olunmuş Alat Logistics Center anbar xidməti, yüklərin konsolidasiyası, gömrük rəsmiləşdirilməsi və e-ticarət sifarişlərinin yerinə yetirilməsi kimi əməliyyatlar həyata keçiriləcək. Mərkəzin məqsədi yük axınlarında səmərəliliyi maksimuma çatdırmaq, tranzit müddətlərini azaltmaq və Orta Dəhliz üzrə ticarət marşrutlarının rəqabət qabiliyyətini artırmaqdır.

SW AFEZCO və Alat Logistics Center birlikdə infrastrukturu, əməliyyatları və dayanıqlılığı birləşdirən gələcəyə yönəlik inteqrasiya olunmuş bir logistika platformasını təmsil edir. Onların birgə təsiri Silk Way şirkətlər qrupunun Azərbaycanın qlobal logistikadakı rolunu gücləndirmək və Ələt bölgəsini ağıllı, yaşıl və investorlar üçün cəlbedici logistika mərkəzinə çevirmək missiyasını daha da gücləndirəcək.

Silk Way Group haqqında

2006-cı ildə əsası qoyulmuş Silk Way Group aviasiya və logistika sahəsində ixtisaslaşmış aparıcı Azərbaycan konqlomeratıdır. Strateji mərkəzi Bakı olan qlobal əhatəyə malik şirkətlər qrupu karqo və hava yolu ilə yükdaşımalar, infrastrukturun inkişafı və iqtisadi zona əməliyyatlarında fəaliyyətini genişləndirməyə davam edir.

Paylaş

Xəbər lenti

Gündə minimum addım sayı təyin edildi Bu gün, 17:48 Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu, klub məsələyə aydınlıq gətirdi Bu gün, 17:48 Ceyhun Bayramov MDB XİN Şurasının iclasında çıxış edib Bu gün, 17:48 U-23 dünya çempionatında Azərbaycanın 23 güləşçisi mübarizə aparacaq Bu gün, 17:48 Sabah bu 5 kənddə qaz olmayacaq Bu gün, 17:48 Vətən müharibəsi qazisi: "Döyüşün taleyini həll edən silah deyil" Bu gün, 16:48 Sibiqa Ukraynaya göndərilən humanitar yardıma görə Azərbaycana təşəkkür edib Bu gün, 16:48 Astanada süni intellekt dövründə həmkarlar ittifaqlarının roluna dair beynəlxalq forum keçirilib Bu gün, 16:48 Ermənistan tərəfi Azərbaycan hərbçisini Bakıya qaytaracaqmı? Bu gün, 16:48 Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır" Bu gün, 16:48 Azərbaycan universitetlərinin reytinqdə geri qalmasının səbəbləri müzakirə edildi Bu gün, 16:48 Qaradağda qəzada ölənlərin sayı 4-ə çatıb Bu gün, 16:48 Məhəmməd Bədəlbəyli: "AFFA-dan verilən töhmətlə razılaşdım, çox sərt qərar deyil" Bu gün, 16:48 Mükafat və maaş əlavələri ilə bağlı Prezidentdən mühüm FƏRMAN Bu gün, 16:48 Çexiyanın nəqliyyat naziri Azərbaycana səfər edəcək Bu gün, 16:48 Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb Bu gün, 15:48 Azərbaycanda daha 12 nəqliyyat vasitəsi özəlləşdirilib Bu gün, 15:48 Bakıda 10 minə maral başı satılır Bu gün, 15:48 Alimlərdən maraqlı araşdırma: Ayrılıq qadınlara, yoxsa kişilərə daha pis təsir edir? Bu gün, 15:48 Aqşin Fatehə ağır itki üz verdi Bu gün, 15:48 Bakı-Qazax avtomobil yolunda ağır qəza - 3 nəfər ölüb Bu gün, 15:48 Muxtar Babayev: Azərbaycan kiçik ada dövlətlərinin iqlim müzakirələrində iştirakının genişləndirilməsini dəstəkləyib Bu gün, 15:48 Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarılıb Bu gün, 15:48 Cümə günü ilə bağlı əhaliyə XƏBƏRDARLIQ - 12 saat davam edəcək... Bu gün, 15:48 İlham Əliyev ad günü münasibətilə Vladimir Putinə zəng edib Bu gün, 15:48 Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib Bu gün, 14:48 Bu şəxslərin pensiyası daha çox artacaq Bu gün, 14:48 Rəşad Nəbiyev dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib Bu gün, 14:48 Dünya çempionatı: Zelim Tçkayev də 1/4 finala çıxdı Bu gün, 14:48 Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında 1/4 finala vəsiqə əldə edib Bu gün, 14:48 Naxçıvanlı sabiq deputat vəzifəsindən azad edildi Bu gün, 14:48 Siyavuş Novruzov: "Niyə fermer öz ərazisində tikinti aparmaq üçün yeddi nazirlikdən icazə almalıdır?" Bu gün, 14:48 "İmişli"də maaşlar verilmir - AFFA klubda yoxlamalar aparır Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində bir pillə geriləyib Bu gün, 14:48 Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir Bu gün, 14:48 "Qarabağ"ın hücumçusu "Olimpiakos"a keçə bilər Bu gün, 13:48 Mehriban Rəhimliyə hökm oxundu Bu gün, 13:48 At məşhur aktrisanı dişlədi Bu gün, 13:48 "Nənələr" folklor qrupunun üzvünün oğlu faciəli şəkildə həlak oldu Bu gün, 13:48 Rusiyada "ağciyər vəbası" həyəcanı - ABŞ vətəndaşlarını ölkəni tərk etməyi çağırdı Bu gün, 13:48 Qərbi azərbaycanlıların pulsuz hüquqi yardımdan yararlanması məsələsi parlamentdə qaldırılıb Bu gün, 13:48 İlqar Mustafayevin oğlu məhkəmədə nəyi etiraf etmədi? Bu gün, 13:48 Ceyhun Bayramov Türkmənistanda MDB XİN Şurasının iclasında iştirak edəcək Bu gün, 12:48 Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq Bu gün, 12:48 Bakıda avtobusla toqquşan maşın ağaca çırpıldı: Sürücü belə xilas edildi Bu gün, 12:48 Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərilib Bu gün, 12:48 Ombudsman: Azərbaycan itkin düşmüş şəxslər problemini də bu gün öz gücü ilə həll edir Bu gün, 12:48 8 kənd turistlərin üzünə açılır: Gəlirlər birbaşa sakinlərə çatacaq Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR