
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına əsasən, onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.