28-10-2025, 13:48 253

Azərbaycana səfər etmək istəyən İraq vətəndaşlarının çətinliklərlə üzləşib? - RƏSMİ CAVAB

Son günlərdə bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasına turizm məqsədilə səfər etmək istəyən İraq Respublikası vətəndaşlarının çətinliklərlə üzləşdiyi barədə bəzi iddialar yayılıb. Bu iddiaların heç bir əsası yoxdur və həqiqəti əks etdirməyən bu kimi məlumatların yayılması yanlışdır.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, İraq Respublikasında viza müraciətlərinin qəbulu və emalı prosesinin sürətləndirilməsi, ölkəmizə turizm məqsədilə səfər etmək istəyən İraq Respublikası vətəndaşlarına daha keyfiyyətli xidmətin göstərilməsi, viza rəsmiləşdirilməsi məqsədilə saxta sənədlərlə müraciət edən şəxslərlə mübarizənin gücləndirilməsi məqsədilə Xarici İşlər Nazirliyi ilə müvafiq sahə üzrə ən irimiqyaslı beynəlxalq şirkət olan "VFS Global" arasında Anlaşma Memorandumu imzalanıb.

Bu memoranduma uyğun olaraq, İraq Respublikası vətəndaşlarının, o cümlədən bu ölkədəki digər əcnəbi və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədli viza müraciətlərinin qəbul edilməsi 10 iyul 2024-cü il tarixindən etibarən "VFS Global" şirkətinin Bağdad şəhərindəki ofisinin "Azərbaycan Viza Müraciətləri Mərkəzi" tərəfindən təşkil olunur. Ölkəmizə səfər etmək istəyən hər bir İraq Respublikası vətəndaşı viza rəsmiləşdirilməsi barədə zəruri məlumat əldə etmək məqsədilə, Azərbaycan Respublikasının İraq Respublikasındakı Səfirliyi üçün fəaliyyət göstərən sözügedən "Viza Mərkəzi"nə müraciət edə bilər.

Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyi və "VFS Global" şirkətinin Bağdad şəhərindəki ofisinin "Azərbaycan Viza Müraciətləri Mərkəzi" tərəfindən İraq Respublikası vətəndaşlarının viza müraciətləri ilə bağlı sənədlərin qəbulu, icraatı və təhvil verilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Mərkəz çərçivəsində bütün xidmətlər Anlaşma Memorandumunda müəyyən edilmiş vahid xidmət haqları əsasında təşkil olunur.

Mərkəzin fəaliyyətinə Azərbaycan Respublikasının İraq Respublikasındakı səfirliyi və "VFS Global" şirkətinin baş ofisi tərəfindən ciddi nəzarət edilir, həmin mərkəzin fəaliyyəti üzrə mütəmadi əsasda monitorinq aparılır.

Bununla yanaşı, müvafiq sahə üzrə şəffaflığın təmin edilməsi məqsədilə İraq Respublikasında mənfi reputasiyaya malik turizm şirkətlərindən sənədlərin qəbul edilməsi qadağan olunub.

Aparılmış sözügedən tədbirlər nəticəsində ölkəmizə turizm məqsədilə səfər etmiş İraq Respublikası vətəndaşlarının sayında ciddi artım müşahidə olunmaqdadır. Belə ki, 2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycan ilə İraq arasında birbaşa uçuşların olmadığına və bu ilin iyun ayında İraq Respublikasının hava məkanının bağlı olmasına baxmayaraq, 2025-ci ilin 27 oktyabr tarixinədək səfirlik tərəfindən 5 904 müraciət qəbul edilib. Bunlardan 5 650 viza rəsmiləşdirilib (2024-cü il ərzində 4 800 viza müraciəti qəbul edilib).

Mətbuat vasitəsilə şikayət edən şirkətlər tərəfindən nə ölkəmizin İraqdakı səfirliyinə, nə də "Viza Mərkəzinə" hər hansı müraciət təqdim edilməyib. Şikayətdə adı hallanan "Alkaither" şirkəti Azərbaycan kütləvi informasiya vasitələrində onun adından yayılan müraciətin saxta olduğunu bildirərək, Azərbaycan Respublikasına səfər etmək istəyən İraq Respublikası vətəndaşlarının viza müraciətləri ilə bağlı hər hansı çətinliyin müşahidə olunmadığı barədə məlumat verib.

Müvafiq sahə üzrə daxil olan bütün müraciətlər, o cümlədən şikayətlər Xarici İşlər Nazirliyi və səfirlik tərəfindən ciddi yoxlanılır və yoxlama nəticəsində müvafiq nöqsanlar qeydə alındıqda onların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Paylaş

Xəbər lenti

Bu ərazidə yeni məhkəmə binası TİKİİLƏCƏK Bu gün, 15:48 Pərviz Şahbazov: "Azərbaycan enerji resurslarını təhlükəsiz tədarük edən azsaylı ölkələrdəndir" Bu gün, 15:48 Kamandan oxatma üzrə Azərbaycan birinciliyinin açılış mərasimi keçirilib Bu gün, 15:48 Pərviz Şahbazov: "Azərbaycan ötən il Aİ-nin boru kəməri qazı idxalının 8 %-ni təmin edib" Bu gün, 15:48 Prezident Qurban Qurbanovu "Dostluq" ordeni ilə təltif edib Bu gün, 15:48 Gələcəyin qatlana bilən iPhone-u nümayiş etdirildi Bu gün, 15:48 Alternativ avtomobil yolu ilə gediş üçün ödəniş məbləğləri müəyyənləşdirilib Bu gün, 15:48 Qubanın üç kəndinin adı dəyişdirildi Bu gün, 15:48 Karlo Ançelottinin oğlu "Lill" klubunun baş məşqçisi təyin edildi Bu gün, 15:48 "Zirə"nin braziliyalı oyunçusu ilin sonunadək sıradan çıxdı Bu gün, 15:48 Ukrayna Azərbaycana Avropanın ən böyük yeraltı qaz anbarlarından istifadə etməyi təklif edib Bu gün, 15:48 SOCAR metan emissiyalarının azaldılması üçün yeni texnologiyalar tətbiq edir Bu gün, 15:48 Misirin neft naziri Bakıda ölkənin enerji və mədən sektorlarındakı 6 prioriteti açıqlayıb Bu gün, 15:48 Abituriyentlərin NƏZƏRİNƏ - İkinci cəhd imtahana qeydiyyat üçün ŞƏRTLƏR Bu gün, 15:48 Fransa Rusiya tankerini saxladı - Kreml Parisi dəniz quldurluğunda ittiham etdi Bu gün, 15:48 Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib Bu gün, 14:48 Mesut Özil Azərbaycan futbolundan danışdı: "Böyük sürpriz oldu" Bu gün, 14:48 Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 tona yaxın yük göndərilib Bu gün, 14:48 İlham Əliyev Donald Trampa 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə təşəkkür edib Bu gün, 14:48 Zakir Həsənov: Gürcüstanla hərbi sahədə əlaqələrimiz inkişaf edib Bu gün, 14:48 Vüsal Nəsirli yeni müdir müavini təyin etdi Bu gün, 14:48 Monteneqroya getmək istəyənlərin NƏZƏRİNƏ - Vizada YENİLİK Bu gün, 13:48 Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənib Bu gün, 13:48 Bakıda 44 yaşlı cərrah VƏFAT ETDİ Bu gün, 13:48 Paşinyan Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasını prioritet adlandırıb Bu gün, 13:48 Bakıda gənc tennisçilər arasında şəhər birinciliyi keçiriləcək - Qeydiyyat başladı Bu gün, 13:48 Qubada məktəbli qızın meyiti tapıldı Bu gün, 13:48 Mayda 85 nəfər zəhərlənib, 2-si vəfat edib Bu gün, 13:48 Ötən ay 7 500 hektardan çox ərazi minalardan təmizlənib Bu gün, 13:48 AÇG-nin sərbəst təbii qaz dövrü başlanıb Bu gün, 13:48 Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib - "CandyFest" Bu gün, 12:48 Azər Axşam: "Deyirlər, ora sənin yerin deyil, sanki pozğunxanaya getmişəm" Bu gün, 12:48 Bakıda 11 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq ölüb Bu gün, 12:48 Məşhurlar Elgiz Əkbərin bağ evində yığışdılar Bu gün, 12:48 Oğlu ilə illər əvvəlki görüntülərini paylaşdı Bu gün, 12:48 Ətin qiyməti bu qədər ucuzlaşa bilər - VACİB AÇIQLAMA Bu gün, 12:48 Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: May ayının reytinq cədvəli açıqlanıb Bu gün, 12:48 Sabah 28° isti olacaq Bu gün, 12:48 Gələn il Azərbaycan və Avropa İttifaqı arasında siyasət və təhlükəsizlik dialoqu baş tutacaq Bu gün, 11:48 Azərbaycanda xəstəxanaların sayı iki dəfə azalıb - Tanınmış professordan AÇIQLAMA Bu gün, 11:48 Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib Bu gün, 11:48 Bahar Muradova: Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil Bu gün, 11:48 Viktor Osimhen "Çelsi"yə keçə bilər Bu gün, 10:48 DİM ödəniş müqabilində imtahan balının artırılması ilə bağlı çağırışlar barədə xəbərdarlıq edib Bu gün, 10:48 İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib Bu gün, 10:48 ABŞ dövlət katibinin köməkçisi Kaleb Orr Azərbaycanda səfərdədir Bu gün, 10:48 "FLYONE Asia" Daşkənddən Bakı və Gəncə hava limanlarına uçuşlara başlayıb Bu gün, 10:48 Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olunub Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR