
Rusiyalı aktyor Roman Popov vəfat edib.
BAKU.WS xəbər verir ki, o 40 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, aktyor "Rublyovkadan olan polis" serialındakı Muxiç obrazı ilə tanınıb.
Roman son zamanlar onkoloji xəstəliklə mübarizə aparırdı. Belə ki, 2018-ci ildə aktyorda bədxassəli şiş aşkarlanıb və müalicə olunub.
O ölümündən əvvəl komada olub. Oktyabrın 11-də vəziyyəti daha da pisləşib. Daha sonra aktyor reanimasiyaya aparılıb və əməliyyat olunub.
Komaya düşüb və bir daha sağalmayıb. Ailəsi onun müalicəsini ödəmək üçün Moskva yaxınlığındakı evini satışa çıxarmalı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.