
Dünya musiqisində bir çox tanınmış ifaçı böyük şöhrət qazansa da, maliyyə baxımından çətin vəziyyətə düşüb.
AVESTA.AZ xəbər verir ki, 1990-cı illərin pop ulduzu Em Si Hemmer milyonlarla dollar qazansa da, lüks həyat tərzi və idarəetmə səhvləri səbəbindən iflas edib.
Məşhur qızlar qrupu Ti-El-Si 65 milyondan çox albom satmasına baxmayaraq, gəlirin əksəriyyəti prodüserlərə getdiyi üçün qrup üzvləri müflis olub.
"Flitvud Mek" qrupunun keçmiş üzvü Danni Kirvan illər sonra evsiz qalıb və Londonda küçələrdə yaşayıb.
Rok ifaçısı Billi Coel də meneceri tərəfindən aldadılaraq milyonlarla dollar itirib.
Ulduz reper Lorin Hill isə vergi borcları və uğursuz müqavilələr səbəbindən karyerasının zirvəsində ciddi maddi çətinliklərlə üzləşib.
Bu hallar göstərir ki, musiqidə uğur hər zaman maliyyə sabitliyi demək deyil.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.