
Sumqayıt şəhərində köşkdən meyit tapılıb.
AVESTA.AZ Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhərin 16-cı məhəllə ərazisində yerləşən köşklərdən birində qeydə alınıb.
Meyitin 1961-ci il təvəllüdlü Məmməd Vəliyevə məxsus olması müəyyən edilib. Hələlik onun ölümünün səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.