4-11-2025, 20:48 279

Azərbaycanda yeni iqtisadi mərhələ başlayır

Azərbaycanda 2026-cı ildən etibarən muzdlu işlə bağlı gəlirlər və sosial sığorta ödənişləri üzrə yeni mexanizm qüvvəyə minəcək.

Bu qərar vergi və sosial siyasətin texniki yenilənməsi ilə yanaşı, ölkənin iqtisadi inkişaf strategiyasının növbəti mərhələsinin başlanğıcıdır. Hökumət bu mexanizmlə həm fiskal sabitliyi gücləndirməyi, həm də ədalətli, şəffaf və davamlı əmək bazarını formalaşdırmağı qarşısına məqsəd qoyub.

Son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun gücləndirilməsi və əmək münasibətlərinin leqallaşdırılması sahəsində atılan addımlar artıq real nəticələrini verir. Yeni mexanizmin tətbiqi bu uğurlu xəttin davamıdır və dövlətin sosial-iqtisadi siyasətində mərhələli sabitləşmə və inkişaf mərhələsinə keçidi simvolizə edir.

Bu dəyişikliklərin mərkəzində insan amili dayanır: daha ədalətli vergi yükü, gücləndirilmiş sosial təminat sistemi və uzunmüddətli iqtisadi sabitlik. Məhz bu amillər yeni modelin əsas fəlsəfəsini müəyyənləşdirir - "daha çox gəlir, daha çox sosial təminat".

Kölgədən işıqlı əmək bazarına

2019-cu ildən tətbiq edilən gəlir vergisindən azadolma siyasəti Azərbaycan əmək bazarının leqallaşdırılmasında dönüş nöqtəsinə çevrildi. Bu qərar minlərlə işçinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinə, qeyri-formal məşğulluğunun əhəmiyyətli dərəcədə azalmasına şərait yaratdı.

Rəqəmlər bu siyasətin effektini aydın göstərir: 2018–2024-cü illər ərzində əmək müqavilələri üzrə işçilərin sayı 34 % artaraq 1 milyon 873 min nəfərə çatıb. Qeyri-neft sektorunun özəl bölməsində məşğulluq 82 % artıb, əmək haqqı fondu 2,5 dəfə böyüyərək 24 milyard manata, sosial sığorta haqları üzrə daxilolmalar isə 5,7 milyard manata yüksəlib.

Bu dinamika həm iqtisadi fəallığın, həm də sosial ədalət mexanizmlərinin gücləndiyini sübut edir. Dövlətin atdığı addımlar nəticəsində işçilərin sosial müdafiəsi artıb, sahibkarlar üçün isə sabit və proqnozlaşdırıla bilən vergi mühiti formalaşıb.

Yeni mexanizmin tətbiqi: mərhələli və balanslaşdırılmış yanaşma

Yeni vergi mexanizmi birdən-birə, yəni sərt dəyişikliklə deyil, yumşaq və mərhələli keçid modeli ilə həyata keçiriləcək. Bu, həm işçilərin, həm də işəgötürənlərin yeni modelə adaptasiyasını asanlaşdıracaq. 2026-cı il yanvarın 1-dən 2027-ci il yanvarın 1-dək aşağıdakı vergi dərəcəsi aşağı cədvələ uyğun olacaq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

2500 manatadək

3 %

2500 manatdan 8000 manatadək

75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 %-i

8000 manatdan çox olduqda

625 manat + 8000 manatdan çox olan məbləğin 14 %-i

2027-ci il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək vergi dərəcəsi aşağıdakı cədvələ uyğun olacaq:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin dərəcəsi

2500 manatadək

5 %

2500 manatdan 8000 manatadək

125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 %-i

8000 manatdan çox olduqda

675 manat + 8000 manatdan çox olan məbləğin 14 %-i

Beləliklə, 2019–2024-cü illərdə iqtisadiyyata təkan verən vergi güzəştləri indi daha dayanıqlı və tədricən normallaşan sistemlə əvəzlənir. Əməkhaqqının ilk 200 manatlıq hissəsinə tətbiq olunan vergi güzəşti isə qüvvədə qalır və bu da az gəlirli və orta təbəqənin sosial rifahını qorumağa xidmət edir. Yeni sistem işçilərin gəlirlərinin şəffaf uçotuna, dövlət büdcəsinə sabit daxilolmalara və sosial təminat fondlarının maliyyə dayanıqlığına xidmət edəcək.

Sosial sığorta və tibbi sığorta haqlarında ədalətli bölgü

Sosial sığorta sistemində dəyişikliklər isə həm işəgötürən, həm də işçi üçün daha ədalətli yük bölgüsü yaradır. Aylıq gəliri 8 000 manatdan çox olan şəxslər üçün sosial sığorta dərəcəsinin 25%-dən 21%-ə endirilməsi əmək motivasiyasını artıracaq, yüksək ixtisaslı mütəxəssislərin özəl sektorda fəaliyyətini təşviq edəcək.

İcbari tibbi sığorta haqlarının 4 %-dən 1 %-ə endirilməsi isə işəgötürənlərin xərclərini azaldacaq, bu isə yeni iş yerlərinin açılmasına və maaş fondlarının genişlənməsinə təkan verəcək.

Yeni mexanizm həm sosial sabitliyi, həm də iqtisadi dinamizmi eyni anda gücləndirən balanslı model kimi çıxış edir.

"Yaşıl iqtisadiyyat" və yerli istehsal: ekoloji islahatların davamı

Yeni vergi siyasətində diqqət çəkən məqamlardan biri də elektrik və hibrid avtomobillərlə bağlı qərarlardır. 2026-cı ildən bu avtomobillərin idxalına və satışına tətbiq olunan ƏDV güzəştləri ləğv ediləcək. Bu, ilk baxışda qiymət artımı təsiri yaratsa da, əslində ölkədə yerli istehsalın stimullaşdırılması, ekoloji təmiz texnologiyaların lokallaşdırılması və daxili bazarın qorunması məqsədi daşıyır.

Azərbaycan artıq "yaşıl iqtisadiyyat" kursunu seçib. Elektrik mühərrikli avtobusların yerli istehsalı və idxalında tətbiq edilən 2027-ci ilə qədər ƏDV azadolması bu istiqamətdə davamlılığın göstəricisidir.

Beləliklə, ekoloji nəqliyyat vasitələrinin dəstəklənməsi xarici asılılığı azaldacaq və milli istehsal sektoruna yeni dəyər zənciri gətirəcək.

Yeni aksizlər: bazar tənzimlənməsi və fiskal sabitlik

Mobil cihazlara və kvadrasikllara tətbiq ediləcək aksizlər də bazarda tənzimləyici rol oynayacaq. Mobil cihazlara qoyulan 20 manatlıq aksiz dövlət büdcəsinə əlavə gəlir təmin etməklə yanaşı, idxal axınını optimallaşdıracaq. Şəxsi istifadə üçün ildə bir cihazın azad edilməsi isə vətəndaş rahatlığını qoruyur.

Kvadrasiklların aksizə cəlb edilməsi isə təhlükəsiz və nizamlı bazarın formalaşmasına xidmət edəcək. Bu, həm də texniki standartlara uyğun idxalın təminatına imkan verəcək.

Sabit, şəffaf və sosial yönlü iqtisadi modelə doğru

Yeni gəlir və sosial sığorta mexanizmi Azərbaycanın iqtisadi idarəetməsində yeni bir mərhələnin başlanğıcını qoyur.

Əgər 2019-cu ildən bəri həyata keçirilən islahatlar iqtisadiyyatı stimullaşdırmaq və adaptasiya dövrünü keçmək məqsədi daşıyırdısa, indi əsas hədəf sabitlik, davamlı sosial təminat və bərabər əmək münasibətlərinin qurulmasıdır.

İşçi və işəgötürən üçün daha aydın qaydalar, gəlirlərin şəffaf uçotu, sosial fondların dayanıqlılığı və yerli istehsalın təşviqi bu modelin əsas istiqamətləridir.

Nəticə etibarilə, yeni mexanizm iqtisadi münasibətləri sadəcə rəqəmlərlə deyil, daha səmərəli idarəetmə və sosial balans üzərində qurmağa imkan verəcək. Bu, həm əmək bazarında şəffaflığın artmasına, həm də vətəndaşların sosial təminatına müsbət təsir göstərəcək.

Report İnformasiya Agentliyi

Paylaş

Xəbər lenti

Xəzər dənizi geri çəkilir, yeni torpaqlar yaranır: Ekspert mümkün riskləri sadaladı Bu gün, 00:48 Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu Dünən, 23:48 ABŞ-də kiberdələduzluq qurbanlarına 8 milyard dollar vəsait qaytarılıb Dünən, 23:48 İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib Dünən, 23:48 Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq Dünən, 23:48 Daha bir məktəbə direktor təyin edildi Dünən, 23:48 Məşhur içki ilə bağlı XƏBƏRDARLIQ - Qaraciyər üçün təhlükəli ola bilər Dünən, 22:48 Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü Dünən, 22:48 Əməkdar müəllim vəfat etdi Dünən, 22:48 Bakıda şagirdlər arasında insident Dünən, 22:48 Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF Dünən, 22:48 "GTA VI" materiallarını oğurlayan 21 yaşlı haker məhkəmə zalından sərbəst buraxıldı Dünən, 22:48 Marneulidə MMA turniri keçirilib, Sənan Xəlilov çempion olub Dünən, 21:48 Kadırov müharibənin başa çatması üçün vaxt açıqladı Dünən, 21:48 Sabah 22 küçədə qaz olmayacaq - ÜNVANLAR Dünən, 21:48 Türkiyənin xüsusi nümayəndəsi: "Ermənistan Konstitusiyasında tarixi dəyişiklik edilir" Dünən, 21:48 Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb Dünən, 21:48 İki baş həkim vəzifəsindən azad edildi Dünən, 20:48 Yol polisi küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq edib Dünən, 20:48 Pensiyalar gələn ilin yanvarından nə qədər artacaq? - YENİ AÇIQLAMA Dünən, 20:48 "Barselona"nın "Sabah" ilə oyunöncəsi açıq məşqi keçirilib Dünən, 20:48 "Barselona"nın baş məşqçisi: "Sabah" La Liqada çıxış etsə, ən yaxşı komandalardan biri olar" Dünən, 20:48 Qubada avtomobil piyadanı vuraraq öldürüb Dünən, 20:48 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? - Rəsmi Dünən, 19:48 Kiçik Ayrım kəndi: Erməni mənbələrinin təsdiqlədiyi azərbaycanlı yurdu Dünən, 19:48 XİN rəhbəri: Yaxın Şərqdəki qeyri-müəyyənlik, Rusiya-Ukrayna münaqişəsi bizim üçün ciddi çağırışdır Dünən, 19:48 Kriştiano Ronaldunun Çində ilk muzeyi açıldı Dünən, 19:48 Dubaydan gələn sərnişin gömrük baxışından keçməkdən imtina etdi Dünən, 19:48 Bakıda və Abşeron yarımadasında küləyin sürəti 24 m/s-dir - Faktiki hava Dünən, 19:48 2027-ci ildə səyahət etmək üçün ən ucuz 9 ölkə Dünən, 18:48 Sabah 18 avtobus öz yolu ilə getməyəcək Dünən, 18:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb Dünən, 18:48 Ermənistan qarışdı: Bir gündə Azərbaycanın iki tələbi yerinə yetirildi Dünən, 18:48 Azərbaycan boksçusu ardıcıl üçüncü dəfə Avropa çempionu olub Dünən, 18:48 Bu rayonda 5 küçənin yolları TƏMİR OLUNACAQ Dünən, 18:48 Şəkərli diabet xəstələri üçün MÜJDƏ Dünən, 18:48 Hər gün istifadə etdilən ədviyyatla bağlı XƏBƏRDARLIQ - Tərkibində təhlükəli maddə ola bilər Dünən, 17:48 Hörmüz boğazında üç gəmi atəşə tutuldu Dünən, 17:48 Mətbuat Şurasından media qurumlarına və jurnalistlərə ÇAĞIRIŞ Dünən, 17:48 Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub Dünən, 17:48 Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz! Dünən, 17:48 Ayağı olmayan basketbolçu 11 zorlama ittihamı ilə üzləşib Dünən, 17:48 Torpaq sahəsi olanlara ŞAD XƏBƏR - Dəyişiklik edilir Dünən, 17:48 İranda müğənni hicabsız çıxışına görə 74 şallaq zərbəsi ilə cəzalandırılıb Dünən, 16:48 Uşaqlar dostlarını necə seçirlər? – Alimlərdən maraqlı araşdırma Dünən, 16:48 "Baku Steel Company" Azərbaycan-İtaliya Biznes Forumunda iştirak edib Dünən, 16:48 Azərbaycanda bu şəxslərə vergi güzəşti olacaq - ŞƏRTLƏR Dünən, 16:48 Nazirlik əhaliyə XƏBƏRDARLIQ ETDİ - Bu tarixdə telefonla danışmayın! Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR