
ABŞ Prezidenti Donald Tramp bu ay Cənubi Afrikanın Yohannesburq şəhərində keçiriləcək G-20 Sammitində iştirak etməyəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Tramp bu qərarını Mayamidə keçirilən Amerika Biznes Forumundakı çıxışı zamanı bildirib. O, G-20 sammitinə qatılmayacağını vurğulayaraq, "Cənubi Afrika G-20-də olmamalıdır" ifadəsini işlədib.
Qeyd edək ki, G-20 Sammiti 22-23 noyabr tarixlərində Yohannesburqda baş tutacaq. Tədbirə dünyanın aparıcı ölkələrinin dövlət və hökumət başçıları qatılacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.