
ABŞ-ın “USS George Bush”, Fransanın “FS Charles de Gaulle” və İtaliyanın “ITS Cavour” aviadaşıyıcıları İon dənizində təlimlər keçirib.
“AVESTA.AZ” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin 6-cı əməliyyat donanması məlumat yayıb.
“NATO-nun üç aviadaşıyıcı zərbə qrupu noyabrın 23-də İon dənizində çoxdaşıyıcı əməliyyatlar zamanı Avro-Atlantik regionunda təhlükəsizlik və sabitliyə sadiq olduqlarını nümayiş etdirib”, - məlumatda qeyd edilib.
Bildirilib ki, noyabr ayı ərzində Şimali Atlantikada, Adriatik və Aralıq dənizində beş müttəfiq aviadaşıyıcı zərbə qrupunun fəaliyyət göstərəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.