
Ağdam rayonunda tikintidə bədbəxt hadisə baş verib.
AVESTA.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhər ərazisindəki tikinti sahəsində qeydə alınıb.
Həmin ərazidə bina tikintisində fəhlə işləyən 2001-ci il təvəllüdlü Sabir Sahib oğlu Camili ehtiyatsızlıqdan betonqarışdıran maşının altında qalıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.