
2014-cü ildə anadan olan görmə məhdudiyyətli Sevinc İsifova musiqiyə olan sevgisi və istedadı ilə diqqət çəkir.
Sevinc İsifova AVESTA.AZ-ə yazdığı məktubda bildirib ki, musiqi ilə məşğul olur, qanun alətində ifa edir və çıxışları ilə dinləyicilərin rəğbətini qazanmağa çalışır.
O, bir çox dövlət konsertlərində və müxtəlif çəkilişlərdə iştirak etdiyini qeyd edib.
Gənc ifaçının ən böyük arzusu isə gələcəkdə Prezident mükafatına layiq görülmək və Azərbaycanın Xalq artisti fəxri adını qazanmaqdır.
Sevinc İsifovanın musiqi yolunda ən böyük hədəfi istedadını daha geniş auditoriyaya tanıtmaq və sənətdə özünəməxsus yer tutmaqdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.