
Avtomobil akkumulyatorunun orta istifadə müddəti 3-5 il təşkil edir. Lakin ona düzgün qulluq edilərsə, batareya daha uzun müddət işləyə bilər.
BAKU.WS xəbər verir ki, akkumulyatorun istismar müddətinə isti və soyuq hava şəraiti, qısa məsafələrdə avtomobil idarə etmək, mühərriki tez-tez işə salmaq və enerji itkisi təsir göstərir.
Mühərrikin gec işə düşməsi, avtomobil uzun müddət dayandıqdan sonra çətinliklə işə düşməsi akkumulyatorun zəifləməsinin əlamətləri ola bilər. Mütəxəssislər akkumulyatoru dəyişdirməzdən əvvəl onun texniki vəziyyətini yoxlatmağı tövsiyə edirlər.
Akkumulyatorun ömrünü uzatmaq üçün onu dərin boşalmadan qorumaq, generatorun saz vəziyyətdə olmasına diqqət yetirmək və mütəmadi olaraq texniki diaqnostika aparmaq vacibdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.