Bu gün, 16:48 75

Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti artıq ödənilmiş vergilərin geri qaytarılması prosesini sadələşdirib.

AVESTA.AZ xəbər verir ki, report bu barədə quruma istinadən məlumat yayıb.

Məlumata görə, vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, hesabatlılıqla bağlı inzibati yükün azaldılması və prosedurların sadələşdirilməsi vergi orqanlarının fəaliyyətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə sahibkarlığın dəstəklənməsi, biznes mühitinin yaxşılaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.

Müasir texnologiyaların tətbiqi ilə vergi inzibatçılığının rəqəmsallaşdırılması, elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vergi ödəyiciləri ilə vergi orqanları arasında məlumat mübadiləsinin operativliyinin artırılması aparılan islahatların mühüm istiqamətlərini təşkil edir. Xüsusilə, vergi hesabatlarının təqdim edilməsi və vergi öhdəliklərinin yerinə yetirilməsi proseslərinin avtomatlaşdırılması, mövcud informasiya bazaları əsasında hesabat və müraciət formalarının əvvəlcədən hazırlanması sahibkarların inzibati yükünün azaldılmasına və vaxta qənaət edilməsinə xidmət edir.

Bu istiqamətdə həyata keçirilən mühüm yeniliklərdən biri ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin artıq ödədiyi vergi məbləğlərinin sadələşdirilmiş və avtomatlaşdırılmış qaydada geri qaytarılması mexanizminin tətbiqidir.

Dövlət Vergi Xidmətinin Bəyannamələr və kameral vergi yoxlamalarına nəzarət baş idarəsinin böyük dövlət vergi müfəttişi Fariz Salahov bildirib ki, yeni mexanizm ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə, dövriyyə vəsaitlərinin daha səmərəli idarə olunmasına və artıq ödənilmiş vergilərin geri qaytarılması ilə bağlı inzibati prosedurların sadələşdirilməsinə xidmət edir.

Onun sözlərinə görə, mexanizmin əsas üstünlüyü müəyyən edilmiş meyarlara uyğun gələn ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri üzrə artıq ödəmə məbləğlərinin vergi orqanı tərəfindən müəyyən edilməsi və müvafiq ərizələrin əvvəlcədən hazırlanaraq onların elektron kabinetlərində yerləşdirilməsidir. Bununla da əlavə sənədlərin hazırlanmasına, müraciətlərin tərtib edilməsinə və vergi orqanının informasiya sistemlərində mövcud olan məlumatların təkrar təqdim edilməsinə sərf edilən vaxt və resurslar azalır. Prosesin elektron mühitdə təşkili müraciətlərin daha operativ icrasına və vergi xidmətlərinin əlçatanlığının artırılmasına imkan yaradır.

F.Salahov qeyd edib ki, müəyyən edilmiş uyğunluq meyarlarına cavab verən ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri elektron kabinetlərində yerləşdirilmiş ərizəni təsdiq etməklə əlavə nəzarət tədbirlərinə cəlb edilmədən artıq ödədikləri vergi məbləğlərinin geri qaytarılması prosesini başlada bilirlər. Bu yanaşma risk əsaslı vergi inzibatçılığı prinsiplərinə uyğun olaraq, vergi intizamına riayət edən və aşağı risk səviyyəsinə malik vergi ödəyiciləri üçün prosedurların sadələşdirilməsini, vergi orqanlarının inzibati resurslarının isə daha səmərəli və məqsədyönlü istifadəsini təmin etməyə yönəlib.

Yeni mexanizm dövlət və özəl sektor arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyicilərinin dəstəklənməsi, eləcə də ixrac və sənaye potensialının inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Artıq ödənilmiş vergi məbləğlərinin daha çevik qaytarılması maliyyə planlaşdırmasını asanlaşdırır, dövriyyə vəsaitlərinin əlçatanlığını artırır, biznes fəaliyyətinin davamlılığına və investisiya imkanlarının genişlənməsinə müsbət təsir göstərir.

Vergi rəsmisi deyib ki, sadələşdirilmiş qaydada vergi məbləğlərinin geri qaytarılması mexanizmindən yararlanmaq üçün ixrac fəaliyyəti ilə məşğul olan və sənaye və texnologiyalar parklarının rezidentləri olan vergi ödəyiciləri müəyyən edilmiş uyğunluq meyarlarına cavab verməlidirlər. Belə ki, vergi ödəyicisinin müvafiq fəaliyyət və ya rezidentlik statusu təsdiqlənməli, o, riskli vergi ödəyicisi hesab edilməməli, eləcə də riskli vergi ödəyicilərindən elektron qaimə-faktura əsasında mal, iş və yaxud xidmət əldə etməməlidir.

Bununla yanaşı, vergi ödəyicisi barəsində davam edən səyyar vergi yoxlaması olmamalı, qanunvericiliklə müəyyən edilmiş qaydada bütün vergi bəyannamələri vergi orqanına təqdim edilməli, həmin bəyannamələr üzrə əlavə vergi hesablanmasına səbəb ola biləcək risklər müəyyən edilməməlidir. Digər mühüm meyar isə vergi ödəyicisinin bəyan etdiyi əməkhaqqı məbləğinin müvafiq orta aylıq əməkhaqqı göstəricisindən aşağı olmamasıdır.

F.Salahov vurğulayıb ki, müəyyən edilmiş meyarlara cavab verən ixrac fəaliyyəti ilə məşğul olan, sənaye və texnologiya parklarının rezidentləri olan vergi ödəyiciləri üçün artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılması prosedurunun sadələşdirilməsi həm vaxt və resurslara qənaət edilməsinə, həm də vergi inzibatçılığının səmərəliliyinin artırılmasına şərait yaradır.

Ümumilikdə, yeni mexanizm vergi xidmətlərinin rəqəmsallaşdırılması, risk əsaslı inzibatçılığın inkişaf etdirilməsi, könüllü vergi əməletməsinin təşviqi və sahibkarlar üçün daha əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən islahatların mühüm tərkib hissəsidir.

Paylaş

Xəbər lenti

Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında daha bir müəssisə kağız istehsal edəcək Bu gün, 16:48 Yaşı 100-ü keçən hər kəs bu sayədə uzunömürlü imiş... - Həkim açıqlayıb Bu gün, 16:48 "PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı Bu gün, 16:48 Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı Bu gün, 16:48 Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur Bu gün, 16:48 Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib Bu gün, 16:48 Trampın Putinlə görüşündə diqqətçəkən an: Bir sual, bir jest Bu gün, 16:48 Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı Bu gün, 15:49 Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ Bu gün, 15:49 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib Bu gün, 15:48 Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası Bu gün, 15:48 "Çocuklar Duymasın"ın aktrisası evini 85 milyona satdı Bu gün, 15:48 Aydın Balayevin "Azərbaycan türkləri" kitabı Azərbaycan dilində işıq üzü görüb Bu gün, 15:48 Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyev Latviya Prezidentini təbrik edib Bu gün, 15:48 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ Bu gün, 15:48 Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 "Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada Bu gün, 14:48 Nazir: "İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" Bu gün, 14:48 Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib Bu gün, 14:48 23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanlı aparıcıya vəzifə verildi Bu gün, 14:48 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO Bu gün, 14:48 XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib Bu gün, 14:48 Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi Bu gün, 14:48 Dövlət komitəsi sədrinin müavinlərinin sayı artırıldı - Fərman Bu gün, 14:48 PSJ-nin qapıçısı 2026-cı ilin ən yaxşı qolkiperləri siyahısına düşdü Bu gün, 14:48 Emin Əmrullayev: Uzun illər ibtidai təhsilin keyfiyyəti arzuolunan səviyyədə olmayıb Bu gün, 13:48 Samuxda dəhşətli qəza - Sürücü öldü, sərnişin ağır yaralandı Bu gün, 13:48 Gəlinlərinin üstünə yataq otağında benzin tökdü, atasını bıçaqladı - Abşerondakı qətlin təfərrüatı Bu gün, 13:48 Azərbaycan gələn il aqrar sektordan 13 milyon manat vergi yığmaq istəyir Bu gün, 13:48 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar Bu gün, 13:48 Arıqlama iynələrini qəfil dayandıran iki nəfər psixoz səbəbindən xəstəxanaya yerləşdirilib Bu gün, 13:48 "Human" 2026-cı ilin sözü seçildi: Süni intellekt insan anlayışını dəyişir Bu gün, 13:48 Xalq artistinin oğlu nazirlikdəki vəzifəsindən azad edildi Bu gün, 12:48 Bəzi cərimələr 150 faiz artılır Bu gün, 12:48 Toy üçün qızl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR - Qiymətlər ucuzlaşdı... Bu gün, 12:48 Azərbaycan-Almaniya universiteti yaradıla bilər Bu gün, 12:48 8 Noyabr prospektində işlər başa çatır Bu gün, 12:48 Restoran və kafelərə vergi güzəşti ediləcək - Yeni qərar Bu gün, 12:48 Evini kirayə verənlər üçün yeni qayda - Vergidə güzəşt olacaq Bu gün, 12:48 Ramiz Mehdiyevin qızının vəkilinin işi: "General qohumu" adı ilə 70 min manatlıq hədə-qorxu Bu gün, 12:48 Taksi sürücüləri üçün vergi qaydası dəyişir Bu gün, 12:48 Gözəlləşmək üçün Amerikadan Türkiyəyə gedən fenomenin SON HALI Bu gün, 12:48 Naxçıvana yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR