Bu gün, 17:48 136

Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi

Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-nın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Füzuli Hərbi Məhkəməsində hakim Əli Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib. Belə ki, təqsirləndirilən şəxs qarşı tərəfə maddi ziyana görə 6 000 manat, mənəvi ziyana görə isə 3 000 manat ödəməlidir.

Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında baş verib.

İttihama görə, əsgər Əli İbrahimli özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə müraciət edib. Növbətçi həkim tərəfindən müayinə olunduqdan sonra onda taxikardiya olduğu müəyyən edilib və başqa hərbi hissəyə təxliyə olunub.

Əsgər həmin hərbi hissənin cərrahiyyə bölməsinin baş ordinatoru N.A.-ya ürəyinin təxminən iki aydır ağrıdığını və tibb məntəqəsində müayinə zamanı onda taxikardiya aşkarlandığını bildirib.

Lakin təqsirləndirilən şəxs bu barədə aidiyyəti üzrə məlumat verməyib, klinik protokolun tələblərini pozub. Həmçinin zəruri müayinələr aparılmayıb. Həkim əsgərin yalnız təzyiqini ölçməklə kifayətlənib.

Təqsirləndirilən şəxs əsgərin təcili tibbi yardıma ehtiyacı olmasına baxmayaraq, onun xidmət etdiyi "N" saylı hərbi hissəyə qaytarılması barədə göstəriş verib. Hərbi hissəyə qayıtdıqdan qısa müddət sonra əsgərin səhhəti yenidən pisləşib. O, hospitala aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 342.1-1-ci (qulluq vəzifəsinə səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb və onun barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş

Xəbər lenti

Azərbaycan-Gürcüstan hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub Bu gün, 19:48 Paşinyan Ceyhun Bayramovun mövqeyini dəstəklədi Bu gün, 19:48 Avtomobil akkumulyatorunu nə vaxt dəyişmək lazımdır? Bu gün, 19:48 Bakıda ev tapmaq müşkülə çevrildi: Əl yandıran QİYMƏTLƏR Bu gün, 19:48 Görmə məhdudiyyətli Sevincin böyük arzusu: Xalq artisti olmaq! Bu gün, 19:48 Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq Bu gün, 18:48 Bakı Bəyannaməsi BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb Bu gün, 18:48 DİN əməliyyat keçirdi - Saxlanılanlar var Bu gün, 18:48 Bakıdakı körpələr evində istilik problemi: "Qaz sayğacını söküb aparıblar" Bu gün, 18:48 Yolun təmiri niyə bəzən uzun çəkir? Bu gün, 18:48 Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat AYRILDI Bu gün, 18:48 Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib Bu gün, 18:48 XƏBƏRDARLIQ - Sabah güclü külək əsəcək Bu gün, 17:48 Birbank-ın "Böl-ödə" krediti ilə 15 000 AZN-dək alış-verişi 6 ayadək komissiyasız hissələrə bölün Bu gün, 17:48 Əsgər ölümündən əvvəl ürəyindən şikayətlənibmiş... - Həkimə bu cəza verildi Bu gün, 17:48 Rusiyaya məxsus təyyarə partlayıcı qurğu barədə siqnaldan sonra Antalyada eniş edib Bu gün, 17:48 Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının sədri müəyyənləşib Bu gün, 17:48 Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb Bu gün, 17:48 Paşinyan: TRIPP-in texniki parametrlərinin Azərbaycanla razılaşdırılması fikri ilə razıyam Bu gün, 17:48 Əli Əsədov Mariam Kvrivişvili ilə görüşüb Bu gün, 17:48 Azərbaycanda artıq ödənilmiş vergilərin geri qaytarılması sadələşdirilib Bu gün, 16:48 Sumqayıt Sənaye Parkında daha bir müəssisə kağız istehsal edəcək Bu gün, 16:48 Yaşı 100-ü keçən hər kəs bu sayədə uzunömürlü imiş... - Həkim açıqlayıb Bu gün, 16:48 "PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı Bu gün, 16:48 Rusiyadan Türkiyəyə uçan sərnişin təyyarəsində bomba həyəcanı Bu gün, 16:48 Baku TV-nin Rus redaksiyasının 5 yaşı tamam olur Bu gün, 16:48 Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib Bu gün, 16:48 Trampın Putinlə görüşündə diqqətçəkən an: Bir sual, bir jest Bu gün, 16:48 Arda Gülər "Real Madrid"lə müqaviləsini 2032-ci ilə qədər uzatdı Bu gün, 15:49 Bakıdan sonra bu şəhərlərdə də binalar sökülə bilər - Kompensasiya MƏBLƏĞLƏRİ Bu gün, 15:49 Leyla Əliyeva "Yaradıcılıqla üz-üzə" adlı konsertdən paylaşım edib Bu gün, 15:48 Bir milyon manat ayrıldı, cəmi səkkiz mini xərcləndi - Hesablama Palatası Bu gün, 15:48 "Çocuklar Duymasın"ın aktrisası evini 85 milyona satdı Bu gün, 15:48 Aydın Balayevin "Azərbaycan türkləri" kitabı Azərbaycan dilində işıq üzü görüb Bu gün, 15:48 Azərbaycan Prezidenti Oman sultanını milli bayram münasibətilə təbrik edib Bu gün, 15:48 İlham Əliyev Latviya Prezidentini təbrik edib Bu gün, 15:48 Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 Azərbaycan Avropaya "yaşıl enerji" satacaq: 4 ölkə arasında TARİXİ SAZİŞ Bu gün, 15:48 Zəngli saatı 5 dəqiqə təxirə salmaq ziyan imiş - Həkimdən XƏBƏRDARLIQ Bu gün, 14:48 "Alkhara" brendinin növbəti təqdimatı keçirilib – Milli irs müasir dəblə bir arada Bu gün, 14:48 Nazir: "İşdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir" Bu gün, 14:48 Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib Bu gün, 14:48 23 yaşlı Gülarənin qətlinin səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanlı aparıcıya vəzifə verildi Bu gün, 14:48 Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO Bu gün, 14:48 XİN başçıları Azərbaycan-Almaniya münasibətlərini müzakirə ediblər Bu gün, 14:48 Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib Bu gün, 14:48 Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Salah kəndinin tarixi Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR