
Rusiyanın Kareliya Respublikasında yerləşən Prionejski rayonunda hərbi təyyarə qəzaya uğrayıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, Su-27 qırıcısı Petrozavodsk şəhəri yaxınlığında yerə çırpılıb.
Hərbi təyyarə şəhər aeroportunun yaxınlığında, meşə massivinə düşüb. Hadisə yerinə fövqəladə xidmətlər cəlb olunub.
Bildirir ki, təyyarədə olan iki ekipaj üzvü həlak olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.