15-11-2025, 13:48 300

SOCAR son 8 ilin ən yüksək BB reytinqini əldə edib

"S&P Global Ratings" tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) verilən BB uzunmüddətli emitent reytinqi son səkkiz il ərzində şirkət üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.

AVESTA.AZ bu barədə SOCAR-a istinadən xəbər verir.

Məlumata görə, "S&P Global Ratings" SOCAR-ın uzunmüddətli emitent reytinqini BB səviyyəsinə yüksəldib.

SOCAR-ın maliyyə sabitliyini gücləndirməsi, əməliyyatların miqyas və əhəmiyyət baxımından ölkə iqtisadiyyatında əsas rol oynaması, eləcə də idarəetmə proseslərində korporativ standartların yüksəldilməsi və bu kimi digər vacib xüsusiyyətlər reytinqin artırılmasını təmin edib.

Son illərdə enerji bazarlarında müşahidə olunan dəyişkənliyə baxmayaraq, SOCAR-ın ardıcıl dörd il müsbət sərbəst pul axını, sabit borclanma profili və yüksək likvidlik səviyyəsi ilə seçilib. Şirkətin risklərin idarə olunması, əməliyyat dayanıqlılığı və maliyyə qərarlarının icrasında yüksək səmərəliliyi bu nəticələrin əldə olunmasını imkan yaradıb. S&P tərəfindən verilmiş "sabit" proqnoz SOCAR-ın mövcud maliyyə göstəricilərini qoruyub-saxlama qabiliyyətinə dair ortamüddətli və uzunmüddətli dövr üçün etibarlı gözləntilərdəki müsbət yanaşmanı əks etdirir.

Eyni zamanda, borc öhdəliklərinin azaldılması, likvidlik səviyyəsinin qorunması və beynəlxalq maliyyə bazarlarında etimadın yüksəlməsi SOCAR-ın dayanıqlı maliyyə idarəetməsi strategiyasının effektivliyini təsdiqləyir. Bu kompleks tədbirlərin nəticəsində şirkət tarixində ilk dəfə olaraq iki beynəlxalq "investisiya oluna bilən səviyyə" kredit reytinqinə – BBB- ("Fitch Ratings") və Baa3 (Moody"s) – layiq görülüb ki, bu da SOCAR-ın qlobal kapital bazarlarında maliyyə sabitliyinin və etibarlılığının göstəricisidir.

Alternativ maliyyə resurslarına çıxışı asanlaşdırmağı və qlobal kapital bazarlarında əlavə investisiya fondları ilə əməkdaşlıq etməyi, həmçinin "Yaşıl" və "dayanıqlı" maliyyə alətlərindən istifadənin təmin edilməsini hədəfləyən SOCAR Xəzər regionunda ESG (Ətraf mühit, Sosial və İdarəetmə) meyarları üzrə MSCI şirkəti tərəfindən BBB ilkin reytinqi əldə edən ilk şirkətdir. Bu reytinq SOCAR-ın əksər milli neft şirkətləri ilə müqayisədə daha güclü mövqeyə malik olduğunu göstərir. Hazırda SOCAR bu istiqamətdə digər reytinq şirkətləri ilə də yeni ESG reytinqlərinin əldə edilməsi istiqamətində aktiv danışıqlar aparır.

Qeyd edək ki, "S&P Global Ratings" qlobal kapital bazarlarında kredit keyfiyyəti və risklərin qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq reytinq agentliklərindən biridir. Şirkətin reytinqləri investorlar və maliyyə institutlarının qərarları və borclanma planları üzərində birbaşa təsirə malikdir. Mövcud BB reytinqi, ötən 8 il ərzində SOCAR üzrə qeydə alınmış ən yüksək qiymətləndirmədir.

Paylaş

Xəbər lenti

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı: 2027-ci ildə alıcıları nələr gözləyir? Bu gün, 23:48 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib Bu gün, 23:48 İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib Bu gün, 23:48 "Saudi Aramco" Avropaya neft tədarükünü tam bərpa edir Bu gün, 23:48 Hadrut uğrunda döyüş: Paşinyanın hesablamaları niyə alt-üst oldu? Bu gün, 23:48 Sami Yusufun Qarabağa həsr etdiyi əsər beş ildən sonra yayımlandı Bu gün, 22:48 Slovakiya Azərbaycandan ildə 1 milyard kubmetr qaz almağı nəzərdən keçirir Bu gün, 22:48 Evdə baş ağrısı və halsızlıq yaradan SƏBƏBLƏR Bu gün, 22:48 Azərbaycanda ildırım yaşayış binasına düşdü Bu gün, 22:48 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı Bu gün, 21:48 Şəkidə avtoqəza olub, sürücü ölüb Bu gün, 21:48 UFC-də uduzan döyüşçü də 100 min dollar qazana bilər - BONUS SİSTEMİ DƏYİŞDİ Bu gün, 21:48 SOCAR "S&P Global"ın 2026-cı il Korporativ Dayanıqlılıq Qiymətləndirməsi üzrə ESG reytinqi əldə edib Bu gün, 21:48 AAYDA: Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur Bu gün, 21:48 Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub Bu gün, 20:49 Sumqayıtda xəstəxanada müalicə alan 11 uşaq dərmandan zəhərləndi Bu gün, 20:49 Qarabağın bu bölgələrində yeni bağçalar TİKİLƏCƏK Bu gün, 20:49 ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiyalar tətbiq edib Bu gün, 20:48 Könül Qasımovanın həbs müddəti uzadıldı Bu gün, 20:48 Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab Bu gün, 20:48 Yeni peşə liseyləri TİKİLƏCƏK - Bu üç rayonda... Bu gün, 20:48 Bakıda beynəlxalq tədbirə hazırlıq: Nəqliyyatın hərəkəti üzrə təlim keçiriləcək Bu gün, 20:48 Azərbaycan və Latviya yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər Bu gün, 20:48 Sudan istifadə edənlərin nəzərinə - Bu ünvanlarda... Bu gün, 20:48 Aqrar Sığorta Fondundan BÖYÜK RƏQƏMLƏR: 9 ayda nə qədər zərər ödənilib? Bu gün, 20:48 Tramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar Bu gün, 20:48 Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib Bu gün, 20:48 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi Bu gün, 20:48 Tibb bacısı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirildi Bu gün, 17:48 İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar Bu gün, 17:48 Bakı yağışa hazırlaşır - Keçidə qum torbaları düzdülər Bu gün, 17:48 BOKT-lardan kredit götürənlərin NƏZƏRİNƏ - Sabahdan yeni qaydalar qüvvəyə minir Bu gün, 17:48 Ceyranbatanda yaşayış kompleksində yanğın başlayıb Bu gün, 17:48 Pensiyaçılara üç aydan bir 30 manat əlavə ödənilməsi iddialarına aydınlıq gətirilib Bu gün, 17:48 Sezen Aksunun Bosfor boğazındakı villası Bu gün, 16:48 Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub Bu gün, 16:48 MDB liderləri tarixi yaddaşın qorunması haqqında Bəyanat qəbul ediblər Bu gün, 16:48 Nazir Roza Zərgərlini qəbul etdi Bu gün, 16:48 İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirilib Bu gün, 16:48 NATO-dan nüvə təlimləri ilə bağlı qərar: 17 ölkə iştirak edəcək Bu gün, 16:48 103 dron vurulub, 34 gəmi məhv edilib: ABŞ aviadaşıyıcısı ilə bağlı DETALLAR Bu gün, 16:48 Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq Bu gün, 16:48 Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi Bu gün, 16:48 Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb Bu gün, 16:48 Suriyada Əsəd ailəsinin müsadirə edilmiş vəsaitləri ilə 50 milyard dollarlıq fond yaradılıb Bu gün, 16:48 Bakının bu küçəsi 3 gün TAM BAĞLI OLACAQ Bu gün, 15:48 Bir nəfər il ərzində 337 dəfə xəstəxanaya müraciət edib Bu gün, 15:48 AQTA: Beyləqanda məktəblilərin zəhərlənməsi faktı nəzarətdədir Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR