
Ağdərə rayonunda mina hadisəsi baş verib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.
Bərdə rayon sakini 1990-cı il təvəllüdlü Əliyev Natiq Namiq oğlu kənd ərazisində minaya düşüb. Yaralı N.Əliyev Bərdə Diaqnostika Mərkəzinə göndərilib.
Faktla bağlı araşdırma başlanıb
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.