
Ağcabədidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, qəza zamanı VAZ-2106 və "Opel" markalı minik avtomobilləri toqquşub.
Zərbənin təsirindən VAZ-2106 idarəetməni itirərək yol kənarında park edilmiş "Mercedes" markalı avtomobilə çırpılıb. Qəza nəticəsində VAZ-ın sürücüsü hadisə yerində dünyasını dəyişib.
"Opel"in sürücüsü isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.