
Rusiya Prezidenti Vladimir Putin illik tibbi müayinəsinin nəticələrini açıqlayıb.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Abzats" "Telegram" kanalı məlumat verib.
"Süni İntellekt Dünyasına Səyahət" konfransında dövlət başçısı müayinənin təxminən iki gün çəkdiyini bildirib. O, gecəni tibb müəssisəsində keçirib.
"Mən ora günortadan sonra gəldim və ertəsi gün getdim. Tanrıya şükür ki, hər şey yaxşıdır", - deyə prezident yekunlaşdırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.