
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.
AVESTA.AZ-in məlumatına görə, Abşeron və Qaradağ rayonlarında keçirilən növbəti tədbirlər zamanı 23 yaşlı Əkbər Alızadə və 36 yaşlı Rahib Məmmədov saxlanılıblar.
Onlardan 10 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2600 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb.
Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.
Faktlarla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.