
Əməkdar artist Mehriban Xanlarova işdən çıxır.
BAKU.WS xəbər verir ki, o artıq Azərbaycan Dövlət Akademik Milli Dram teatrında işləməyəcək.
Bu barədə Xanlarova özü məlumat yayıb.
Aktrisa işdən çıxması ilə bağlı Mədəniyyət Naziri Adil Kərimliyə ərizə yazıb.
Xanlarovanın sözlərinə görə, buna səbəb teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə ilə bağlı şikayətlərinin nəticə verməməsidir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.