
Bakının Heydər Əliyev prospektində yük maşını yanıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, hadisə az əvvəl qeydə alınıb. Kadrlardan aydın olur ki, "Ford" markalı yük maşını yolda dayanıb və yanğın baş verib. Həmçinin əraziyə FHN-in qüvvələri cəlb olunub. Yanğının söndürülməsi istiqamətində tədbir görülüb.
Hadisə yerindən kadrları təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.