
Masazır qəsəbəsində tullantı su xəttində tutulma baş verib.
Bu barədə məlumat və görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, küçəyə dolan kanalizasiya suyu yolda həm avtomobillər, həm də piyadalar üçün hərəkəti çətinləşdirib.
Məsələ ilə əlaqədar ADSEA-nın mətbuat xidmətindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, ərazidə tullantı su xəttində tutulma baş verib. Bu səbəblə sözügedən hal yaşanıb.
Qeyd olunub ki, dərhal əraziyə müvafiq rayon sukanal idarəsinin qəza briqadası cəlb edilib. Tutulma aradan qaldırılıb, xəttin fəaliyyəti bərpa edilib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.