
Naxçıvan şəhərində yanacaqdoldurma məntəqəsində kişi ürək tutmasından dünyasını dəyişib.
BAKU.WS xəbər verir ki, şəhərdə yerləşən yanacaqdoldurma məntəqələrinin birində Naxçıvan şəhər sakini, 1954-cü il təvəllüdlü Şahbazov Elbrus Səməd oğlu avtomobilinə yanacaq doldurarkən özünü pis edib.
Daha sonra onun vəfat etdiyi məlum olub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, E. Şahbazovun ölümünə ürək tutması səbəb olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.