30-11-2025, 23:48 616

Səhiyyəmizdə yeni mərhələnin başlanğıcı: Meyitdən orqan nəqli məsələsində hansı problemlər var?

Azərbaycanda ilk dəfə meyitdən orqan köçürülməsi tibbin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Bu hadisə təkcə səhiyyə sistemimiz üçün deyil, həm də cəmiyyətin etik, hüquqi və sosial dəyərləri baxımından yeni düşüncə tərzinin formalaşması deməkdir. Lakin bu uğurlu təcrübə bir sıra yeni məsələlərin və təkmilləşdirilməsinə ehtiyac duyulan istiqamətlərin gündəmə gəlməsinə səbəb olub.

Bəs, görəsən, bu yöndə hansı addımların atılmasına ehtiyac var? Əsas problemlər nədən ibarətdir?

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Mütəxəssislərin fikrincə, meyitdən orqan nəqli sahəsində real irəliləyiş əldə etmək üçün təkcə tibbi bacarıqlar deyil, həm də hüquqi mexanizmlərin təkmilləşdirilməsi, etik prinsiplərin qorunması və ictimai maarifləndirmə işinin gücləndirilməsi zəruridir.

500-dən çox insan ölümündən sonra donor olmaq istəyir

Azərbaycanda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun 2009-cu ildə qüvvəyə minib. Həmin ildən indiyədək ölümündən sonra könüllü donor olmaq istəyənlərin sayı 544 nəfərə çatıb. Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında ölkədə 203 orqan köçürməsi icra olunub.

Ən çox ehtiyac duyulan orqan böyrək olduğu üçün sözügedən dövrdə ümumilikdə 60 əməliyyat aparılıb. Onlardan ikisi uşaq, 58-i böyüklərdə icra olunub. Qaraciyər transplantasiyası üzrə ümumilikdə 36 əməliyyat aparılıb. Onlardan dördü uşaq, 32-si böyüklərdə icra olunub. Buynuz qişa transplantasiyası üzrə 85 əməliyyat aparılıb. Onlardan biri uşaq, 84-ü böyüklərdə icra olunub. Ən az icra olunan sümük iliyi transplantasiyası üzrə isə 22 əməliyyat baş tutub. Onlardan 21-i uşaq, biri isə böyüklərdə icra olunub.

Minlərlə xəstə orqan nəqli gözləyir

Mərkəzi Gömrük Hospitalının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin həkimi, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirir ki, 2008-ci ilin dekabrından indiyədək onların komandası 1500-ə yaxın insan üzərində böyrək və qaraciyər transplantasiyası həyata keçirib. Lakin bu ilin fevral ayının 6-da regionda və Qafqazda ilk dəfə meyit orqanlarından istifadə olunaraq qaraciyər transplantasiyası icra edilib. Bu günə qədər altı beyin ölümü baş vermiş insandan orqanlar alınaraq qaraciyər, böyrək və gözün buynuz qişası transplantasiyası reallaşıb.

Həkim qeyd edir ki, bu, Azərbaycan səhiyyəsində yeni bir mərhələnin başlanğıcıdır: "Beyin ölümü baş vermiş insanlardan orqan transplantasiyası orqan çatışmazlığından əziyyət çəkən minlərlə insanın sağlamlığına qovuşması üçün həyati əhəmiyyət kəsb edir. Məsələ burasındadır ki, qeyd etdiyim 1500-ə yaxın əməliyyat qaraciyər və böyrək transplantasiyasıdır. Amma canlı donor şansı olmayan ürək, ağciyər, mədəaltı vəzi kimi orqanların, gözün buynuz qişası kimi üzvlərin transplantasiyasına yalnız meyit orqanları lazımdır. Eyni zamanda, qaraciyər və böyrək çatışmazlığından əziyyət çəkən minlərlə insan var ki, onların canlı donorları praktiki, tibbi olaraq yoxdur. Onlar orqan çatışmazlığından əziyyət çəkirlər".

Donorluq razılığı üçün üç vacib prinsip

Mircəlal Kazımi donorların tibbi və şəxsi məlumatlarının məxfiliyinin qorunduğunu da diqqətə çatdırır: "Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin koordinatorları bu işlə məşğuldur. Mənim özümdə də donorların kimliyi haqqında məlumat yoxdur. Bu, məxfidir. Donorluq üçün müraciət elektron qaydada Asan İmza vasitəsilə aparılır".

Həkim Azərbaycanda donorluq razılığının üç prinsipini də açıqlayıb: "Birincisi, şəxs sağlığında razılığını rəsmi şəkildə bəyan edərsə, beyin ölümü baş verdikdən sonra orqanların alınması üçün əlavə icazəyə ehtiyac olmur. İkincisi, şəxs orqanını bağışlamayacağını rəsmi şəkildə bəyan edərsə, beyin ölümü baş verdikdə ailəsi orqanları bağışlasa belə, orqanlar alınmır. Üçüncüsü, əgər şəxs sağlığında heç bir bəyanat verməyibsə, həmin şəxsin ailəsindən icazə alınır. Bu qaydalar ölkəmizdə müvafiq qanunvericiliklə tənzimlənir".

Bəzi hüquqi detallar tam təkmilləşməyib

Mərkəzi Klinik Xəstəxananın Orqan və Toxumaların transplantasiyası şöbəsinin həkimi Tariyel Nadirovun sözlərinə görə, orqan transplantasiyası tibbin ən son nailiyyətlərindən biridir: "Bu əməliyyatlar iki mənbədən icra olunur: canlı donor və meyitdən orqan köçürülməsi. Meyitdən transplantasiya zamanı yalnız beyin ölümü baş vermiş şəxslərin orqanları götürülür. Komaya düşmüş və ya bitkisəl vəziyyətdə olan xəstələrlə bu proses qarışdırılmamalıdır, çünki beyin ölümü geri dönüşü mümkün olmayan bioloji ölüm hesab olunur".

Həkim deyir ki, bu sahədə etik və hüquqi məsələlər xüsusi önəm daşıyır: "Meyitdən orqan götürülməsi üçün ən vacib şərt donorun razılığıdır. Eyni zamanda, hüquqi məsələlər də diqqətdən kənarda qala bilməz. Azərbaycanda orqan nəqli ilə bağlı qanunvericilik mövcuddur, lakin bəzi detalları hələ tam həll edilməyib. Bunlar arasında beyin ölümünün hüquqi statusunun aydınlaşdırılması, donor razılığının kim tərəfindən və necə təsdiq olunması, orqanların paylanması sistemində şəffaflıq və ədalətlilik prinsiplərinin qorunması və s. məsələlər yer alır".

Mütəxəssis onu da qeyd edir ki, meyitdən orqan nəqli tibbi baxımdan son dərəcə mürəkkəb prosesdir. Əsas faktorlar orqan, toxuma və qan qrupu uyğunluğudur ki, bunlar transplantasiyanın uğuruna birbaşa təsir edir: "Burada zaman da böyük rol oynayır. Qaraciyər üçün 12 saat, böyrək üçün 24 saat, ürək üçün isə yalnız altı saat ərzində köçürülmə həyata keçirilməlidir".

Maarifləndirmə tədbirlərinə ehtiyac var

T.Nadirovun fikrincə, mövcud problemlərin həlli üçün ən vacib addım cəmiyyətin maarifləndirilməsidir: "İnsanlara orqan nəqlinin həyatı necə xilas etdiyini izah etmək lazımdır. Dini baxımdan da orqan donorluğu vacibdir. İslamda bir insanın digərinə həyat bağışlaması böyük savab hesab olunur. Bununla paralel qanunvericilik də təkmilləşdirilməli, beyin ölümü anlayışı və donor razılığı ilə bağlı hüquqi mexanizmlər aydın şəkildə müəyyən edilməlidir. Ümumilikdə, dini liderlərin dəstəyi, tibb sisteminin gücləndirilməsi və milli donor reyestrinin yaradılması problemlərin həllində önəmli rol oynayır".

Paylaş

Xəbər lenti

Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar Bu gün, 18:49 Müəllim işləmək üçün magistr təhsili məcburi olacaq? Bu gün, 18:48 Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib Bu gün, 18:48 Bərdədə 18 yaşlı Pərvanənin müəmmalı ölümü: Anası bəzi məqamları açıqladı Bu gün, 18:48 Belarusun ən titullu klubu aşağı liqaya düşdü Bu gün, 18:48 Federasiya rəsmisi: Azərbaycanda minifutbol inkişaf edir Bu gün, 17:48 50 illik həyat yoldaşını itirən müğənni: "Onunla halallaşa bilmədik" Bu gün, 17:48 Yaşadığı evdən oğurluq edən şəxs saxlanıldı Bu gün, 17:48 Azərbaycanda yaşlı insanların nikaha marağı niyə artıb? Bu gün, 17:48 ABŞ-dən olan basketbolçu Hassano Qravett "Sabah" klubuna qayıdıb Bu gün, 17:48 Dövlət qurumları arasında V minifutbol turnirinin açılış mərasimi keçirilib Bu gün, 16:48 Xəzər Boru Kəməri Konsorsiumunun 2026-cı ilin yekununda neft nəqlinin həcminin azalacağı proqnozlaşdırılır Bu gün, 16:48 Bərdədə yeni ailə quran qadın öldü: Ailəsi şübhəli məqamların olduğunu iddia edir Bu gün, 16:48 İsa Həbibbəyli: Dövlət qurumları arasında minifutbol turniri idmanın kütləviləşməsinə xidmət göstərir Bu gün, 16:48 Minlərlə vətəndaş çıxarışsız mülkünü sənədləşdirə biləcək - Qayda dəyişir Bu gün, 16:48 Badamdarda sürüşmə zonasında evi olanlara kompensasiya hansı qayda ilə ödəniləcək? Bu gün, 16:48 Əfqanıstanda məktəb yaxınlığındakı partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 16:48 Azərbaycanda şair vəfat etdi Bu gün, 16:48 Vilyam Hacıyevin azadlıqda ilk FOTOsu Bu gün, 16:48 "Beşiktaş"ın oyunundakı iğtişaşlardan sonra türkiyəli iş adamları Gürcüstanı boykota başladı Bu gün, 15:48 Borcu olduğu adamın velosipedini oğurlayıb satıb, borcunu qaytaran şəxs saxlanılıb Bu gün, 15:48 Fərid Qayıbov Misirin Gənclər və İdman Nazirliyinin nümayəndə heyətini qəbul edib Bu gün, 15:48 Bakıda qadın kişiləri görüşə çağırıb şantaj etdi Bu gün, 15:48 Mahsun Kırmızıgül: "Bəziləri atalarının ölümünü gözləyir ki, miras alsın" Bu gün, 15:48 Bakıda toyda qonaqlar rəqsə qalxan kimi telefonları oğurlandı - Polis saxladı Bu gün, 14:48 İmaməddin Xəlilov: "Ən böyük hədəfim yenidən paralimpiya və dünya çempionu olmaqdır" Bu gün, 14:48 Bakıda çayxanada ata və oğlu bıçaqlandılar: Ölən var - Şübhəli saxlanıldı Bu gün, 14:48 Qıcolmalar hansı təhlükəli xəstəliklərin xəbərçisidir? Bu gün, 14:48 Əfqanıstanda məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb, 99 nəfər yaralanıb Bu gün, 14:48 Nigar Camaldan "400 minlik maşın alıb" sualına REAKSİYA Bu gün, 14:48 İkinci Dünya müharibəsinin Cəlilabaddakı sonuncu veteranı vəfat edib Bu gün, 13:48 Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək Bu gün, 13:48 Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar Bu gün, 13:48 BDYPİ rəsmisi: Skuter sürənlər elə düşünür ki, yol hərəkəti qaydaları onlara aid deyil Bu gün, 13:48 Tovuzda 28 yaşlı şəxsi qatar vurdu, öldü Bu gün, 13:48 Günəşdə son 5 ilin ən uzun sakitlik dövrü qeydə alındı Bu gün, 12:48 Əfqanıstan vətəndaşları İrandan Azərbaycana qanunsuz keçərkən saxlanıldılar Bu gün, 12:48 İlham Əliyev Əli Əsədovu "Şərəf" ordeni ilə təltif edib Bu gün, 12:48 Prezident: "Azərbaycan-Albaniya dostluq və əməkdaşlıq əlaqələrinin bugünkü səviyyəsi məmnunluq doğurur" Bu gün, 12:48 Bazar günü bəzi yerlərdə yağış yağacaq Bu gün, 12:48 Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək? Bu gün, 12:48 1200 manatlıq spirtli içkilər oğurlandı - Saxlanılan var Bu gün, 12:48 Əhməd Vəliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib Bu gün, 12:48 Türkiyədə Fabrizio Romanonun sosial media hesablarına giriş məhdudlaşdırıldı Bu gün, 11:48 Bu gün Həsən bəy Zərdabinin anım günüdür Bu gün, 11:48 Gənc ailənin başına faciəvi hadisə gəldi - 18 yaşlı gəlin öldü Bu gün, 11:48 Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Avtoqəzaların daha çox baş verdiyi ərazilər süni intellektlə araşdırılır Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR