
Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda avtomobil qəzası olub.
AVESTA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbindən "Lökbatan dairəsi" istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.